Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messi dalaşdı

Messi dalaşdı

Date: 2 November 2016 12:12

Ötən gün Çempionlar liqasının qrup mərhələsində "Mançester Siti" "Barcelona"ya qalib gəlib - 3:1.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra xoşagəlməz hadisə yaşanıb.

"Barselona"nın futbolçusu Lionel Messi meydan sahiblərinin bəzi futbolçuları tərəfindən təhqirlərə məruz qalıb. Messi onu təhqir edənə "səfeh" deyib. Bundan sonra dava başlayıb. "The Sun" hadisənin argentinalı hücumçu "Etihad" stadionunun paltardəyişmə otağının tunelinə girərkən baş verdiyini yazıb. Həmyerlisi Serxio Aqueronun müdaxiləsindən sonra insident aradan qalxıb.

Milli.Az


Tags:  Messi dalaşdı

RƏYLƏR


Top news