İraq ordusu Mosuldakı əməliyyatları dayandırıb

İraq ordusu Mosuldakı əməliyyatları dayandırıb
12:17 2 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ İraq ordusu görünüşün pis olması səbəbiylə Mosul şəhərinə giriş üzrə əməliyyatları dayandırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin briqada generalı Hayder Fadil məlumat verib.
İraq ordusu şəhərin şərqindəki mövqeləri nəzarət altında saxlayır. Amma yüksək rütubətlilik və buludluluq görünüşü azaltdığından təyyarə və dronlardan istifadə çətinləşib.
Hərbçilərin çərşənbə axşamı İŞİD terror qruplaşmasının nəzarətindən azad etdiyi Kokcalı rayonunda nadir hallarda atışma səsləri eşidilir, yaraqlılar tərəfdən ara-sıra artilleriya atəşləri açılır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raq-ordusu-mosuldaki-emeliyyatlari-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR