"Xoşqədəm xanımla aramız dəyib" - "Səni axtarıram"ın eksperti

"Xoşqədəm xanımla aramız dəyib" - "Səni axtarıram"ın eksperti
12:21 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist, "Səni axtarıram" verilişinin eksperti Seymur Verdizadə musavat.com-a müsahibə verib.

Axşam.az həmin müsahibəni ixtisarla təqdim edir:

-Seymur bəy, neçə vaxtdı efirdə yoxsuz. Tamaşaçılar son bir neçə ildə sizi verilişlərin, xüsusən də Xoşqədəm xanımın verilişində  eksperti olaraq görməyə öyrəşmişdi... Nədir bu ortadan qeyd olmanızın sirri?

- Mən də ilk olaraq sizə bir açıqlama verim. Xoşqədəm xanımla aramız dəyib. Belə demək mümkünsə, Xoşqədəm xanım məndən inciyib. O, hesab edir ki, ötən il ANS-də onun müəllifi olduğu “Sən tək deyilsən” və “Səni axtarıram” verilişləri bağlananda onu yetərincə müdafiə etməmişəm. Hansı ki, həmin vaxt mən sizin qəzetinizə, o cümlədən başqa bir saytda bu verilişin əhəmiyyəti barədə geniş açıqlamalar vermişdim.

Qafqazinfo.az saytında “Yenə Amaçinin ümidinə qaldıq” adlı köşə yazısı yazmışdım. Amma Xoşqədəm xanım bunu yetərli hesab etmədi. ANS-də növbəti verilişini başlayanda da məni bir müddət verilişə dəvət etmədilər. Daha sonra verilişin prodüseri məni  dəvət elədi. O zaman da mən Xoşqədəm xanımdan incik olduğum üçün dəvəti qəbul edib getmədim. Beləcə, arada bir soyuqluq yarandı. Mən Xoşqədəm xanımın verilişi ilə paralel olaraq Xəzər TV-də Zümrüd xanımın müəllifi olduğu “Yeri gəlmişkən” verilişində də ekspert idim. Hər həftə o verilişə də çıxırdım.

Amma növbəti yayım mövsümündə Zümrüd xanımın da verilişi qapandı. Və nəticə etibarilə mən televiziyadan uzaq düşdüm. Keçən dəfə Xoşqədəm xanımın verilişi bağlananda da demişdim ki, mənim o verilişdə iştirakım davamlı ola bilməz, mən televiziya jurnalisti deyiləm. Mənim işim yazmaq, danışmaqdır. Hazırda bir neçə layihədə də rəhbər vəzifəsində olduğuma görə efirlərə can atmıram. Mənə elə gəlir ki, efirdə öz sözümü demişəm.

- Efirdə fəal olana qədər də siz yazırdız, aktiv jurnalistika ilə məşğul idiniz, amma demək olar ki, tanınmırdız. Verilişlərə çıxandan sonra isə bir anda populyarlaşdız, yolda-izdə, toyda... insanlar sizə yaxınlaşır, dərdini deyir, təşəkkür edir... Demək sizin həyatınız da “efirə qədər” və “efirdən sonra” bölümlərinə ayrılıb...

- Bu, acınacaqlı bir haldır. Azərbaycanda belə bir şəraitin hökm sürməsinə görə çox məyus oluram. Efirə çıxana qədər təxminən 15 illik jurnalist təcrübəm var idi, Azərbaycanın xəbər saytlarında, qəzetlərində köşə yazıları yazmışdım. Təvazökarlıqdan uzaq da olsa deyim ki, mən əsgərliyə gedəndə əsgər yoldaşlarım məndən avtoqraf istəyirdilər. Mən 24 min tirajla çıxan “Bu gün” qəzetində çalışmışdım. Deməzdim ki, məni təkcə efir məşhurlaşdırdı. Mən kölgədə qalan jurnalist olsaydım, məni heç efirə dəvət də etməzdilər. Çox tanındığıma, mövqeyim olduğuna görə dəvət olundum...

Amma mənim daha geniş auditoriyada tanınmağımda “Səni axtarıram” verilişinin böyük rolu oldu. Fürsətdən istifadə edib deməliyəm ki, bu verilişin Azərbaycan cəmiyyətinə heç bir ziyanı olmadı. Xoşqədəm xanım  xeyirxah bir əməllə məşğul idi. İndi aramızda soyuq küləklər olsa da, onun əməyini yerə vura bilmərəm. Amma küçədə, ictimai nəqliyyatda, bazarda insanlar yaxınlaşıb məni o verilişə görə tanıdıqlarını deyəndə xoşhal olmurdum. Hesab edirəm ki, mənə yazılarıma, prinsipial mövqeyimə görə hörmət edilməlidir.

- Verilişdə də öz prinsipial mövqeyinizi müdafiə etdiyinizi deyirsiz axı... Bu halda niyə bu cür tanınmaqdan xoşhal olmurduz? Efirdəki kimliyiniz sizi niyə narahat edirdi?

-Efirin auditoriyası geniş, azadlıqları məhdud idi. Biz efirdə daha çox məişət mövzularından danışırdıq. Amma köşə yazılarımda mən ölkənin ictimai-siyasi problemləri, insanların ən müxtəlif qayğıları barədə yaza bilirəm. Çox cəsarətlə yazıram həm də. Efirdə isə senzura var, məişət mövzularından kənara çıxmaq olmaz.

-Senzura altında olan mövzular hansı idi?

-Konkret mövzular seçirdilər – ata-oğul, gəlin-qayınana münasibətləri... Konkret elə bir göstəriş yox idi ki, bu sözü demək olar, o birini yox. Sadəcə verilişlər sonradan montaj olunurdu deyə, mənim partizanlıq etməyimə də ehtiyac yox idi. Mən orda hansısa senzuradan kənar fikir söyləsəydim də, onun montaj prosesindən sağ çıxma şansı yox idi.
 
-Amma qəribə də bir missiyanız vardı – insanların həyatını təhlil etmək, məsləhət vermək... Narahat deyildiz? Xüsusən də bunu başqalarının həyatına detallı müdaxilə kimi qəbul ediləcəyi ehtimalını nəzərə alanda....

- Biz öz ayağı ilə ora gələn, öz taleyini ictimai müzakirəyə təqdim edən insanlarla bağlı danışırdıq. Heç vaxt sizin, sıravi vətəndaşımızın həyatını təhlil etməmişik. Adam çıxıb gəlirdi canlı efirə və deyirdi ki, həyat yoldaşım evdən qaçıb, mən nə etməliyəm? Bizim də hərəmiz öz məntiqimizə uyğun olaraq cavab verirdik. Mən hesab edirəm ki, biz təkcə öz övladlarımızın tərbiyə olunması ilə məşğul olmamalıyıq. Biz həm də qonşunun uşağının da tərbiyəli və savadlı olmasına çalışmalıyıq. Bizim uşağımız nə qədər ağıllı olsa da, qonşunun uşağının xuliqan, pozğun olması bizim övladımızı pis yola çəkə bilər.

Ya da əksinə... Ona görə də hesab edirəm ki, evdən qaçan qız, narkomaniyaya qoşulan gənc... təkcə bir ailənin yox, cəmiyyətin problemidir. Ona görə də heç bir adam deyə bilməz ki, yaxşı edib uşağımı atmışam. Çünki onun atdığı uşaq gələcəkdə oğru olanda gedib onun  Rusiyadakı evini yox, mənim burdakı evimi qarət edəcək. Etiraf edim ki, efirdəki fəaliyyətim müsbət qarşılanırdı, çünki qərəzli deyildim. Orda hansısa ekspert nəyisə deməyə ehtiyatlanırdı. Çünki gəlini ilə arasının pozulacağından qorxurdu, ya da qudasına xoş gəlməz deyə sözünü udurdu. Amma mənim övladlarım azyaşlı olduğu üçün kürəkən, quda, gəlinim olmadığı üçün (gülür) fikirlərimi söyləməkdə daha azad idim. Kişilərdən bəzən məzəmmət alırdım. İctimai fikri təmsil edən dostlarım da düşünürdülər ki, mən efirdə qadınları daha çox müdafiə edirəm. Qadınlardan isə hər zaman özümə qarşı məhəbbət və diqqət görmüşəm. Onlar da hər zaman məni özlərinin qızğın müdafiəçisi kimi qəbul edirlər.

-Son illərin tendensiyasıdır: daha çox ağladan seriallar reytinq qazanır, acılı verilişlər populyarlaşır... Niyə? Sevinc insanları özünə cəlb etmir?

- Bilirsiz, mən insanları ağlatmaqdan, güldürməkdən daha çox düşündürməyin tərəfdarıyam. Bəzən serial ssenaristləri insanları ağlatmaq xətti seçərək daha asan yola gedirlər.

- Amma eksperti olduğunuz verilişdə daha çox ağlama janrı vardı, ağlayan insanlar çox idi... O zaman siz də asan yola getmisiz?

-Biz insan taleyini müzakirə edirdik. Bilirsizmi, mən o verilişdə heç bir dəfə də olsun ağlamamışam. Ağlayanlara acımamışam, ağlayanların göz yaşını da silməmişəm. Əksinə ağlayanlara qarşı daha aqressiv olmuşam...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avropa çempionatının biletləri satışda

25 İyul 2017 04:48

İsrail “Əl-Aksa” məscidi ilə bağlı mühüm qərar verdi

25 İyul 2017 04:34

Köhnə binada müasir mənzil - FOTO

25 İyul 2017 04:32

Lənkəranda BƏDBƏXT HADİSƏ

25 İyul 2017 03:48

İsrail Məscidi-Aksadakı metal axtaran qurğuları sökür

25 İyul 2017 03:37

Sadəcə, küçə instalyasiyaları - FOTO

25 İyul 2017 03:32

Türkiyə sahillərində zəlzələ

25 İyul 2017 03:09

Bakıda partlayış - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyul 2017 03:08

Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR

25 İyul 2017 02:53

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

25 İyul 2017 02:43

Alberta Ferretti-dən yeni kolleksiya - FOTO

25 İyul 2017 02:32

Xiyar, limon, nanə…

25 İyul 2017 02:17

Alimlər Ayda su tapıb? - AÇIQLAMA

25 İyul 2017 02:08

Bakıda partlayış baş verib

25 İyul 2017 01:52

İŞİD başçısının real varislərindən biri İraqda öldürülüb

25 İyul 2017 01:46

Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək

25 İyul 2017 01:42

Həndəsə motivli ev - FOTO

25 İyul 2017 01:32

Antalyada partlayış - Yaralılar var

25 İyul 2017 01:23

Heç vaxt rastlaşmadığınız "sehrli" RESEPT -

25 İyul 2017 01:22

“Qəbələ”nin cavab matçının başlama saatı bəlli oldu

25 İyul 2017 01:14

Azərbaycanda əcnəbilərin uşaqlarının doğumuyla bağlı YENİLİK

25 İyul 2017 01:03

Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərdi

25 İyul 2017 00:53

Pentaqon Türkiyədən izahat tələb etdi

25 İyul 2017 00:49

Qurban Qurbanov: "Ən vacib oyunlarımızdan birinə çıxacağıq"

25 İyul 2017 00:48

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var

25 İyul 2017 00:47

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37

Qaxda yanğın olub

24 İyul 2017 23:37

Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

24 İyul 2017 23:32

Azərbaycanda 44 yaşlı kişi güllələnib

24 İyul 2017 23:32

Oğuzda 44 yaşlı kişi güllələndi

24 İyul 2017 23:29

Bağdadinin real varislərindən biri öldürüldü

24 İyul 2017 23:28

Artıq çəki problemi olanlar üçün çimərlik geyimi modelləri - FOTO

24 İyul 2017 23:27