“Qubernatorlar üsyan qaldıracaq” – Putin İslam Kərimov kimi...

“Qubernatorlar üsyan qaldıracaq” – Putin İslam Kərimov kimi...
12:23 2 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın daxili siyasətinə nəzarət edən prezident administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko 2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll etməlidir.

Publika.az xəbər verir ki, bu haqda Kremldəki mənbələrə istinadən RBK agentliyi yazıb.

Xüsusi halda, qubernatorları “sındırmadan” regionlarla daha yumşaq münasibətlərin qurulması ehtiyacından söhbət gedir. “Kremldə ehtiyat edirlər ki, iqtisadi böhran şəraitində separatizm baş qaldıra bilər”, - RBK-nin həmsöhbətlərindən biri deyib.

Məlumata görə, Kiriyenko seçkilərlə əlaqədar ekspertlərlə görüşlər seriyasını keçirir. O, noyabrın 1-də siyasi texnoloqlarla görüşüb. Görüşdə siyasi sistemin sabitliyi haqqında müzakirələr aparılıb.

Hazırkı prezident Vladimir Putinin seçkilərdə qələbə qazanacağı şübhə doğurmur. Hakimiyyətin hədəfi seçkilərdə "seçicilərin yüksək aktivliyi"ni və hakimiyyəti təmsil edən namizədin "yüksək nəticə" qazanmasını təmin etməkdir. Lakin bu, Özbəkistan lideri İslam Kərimovda olduğu kimi olmamalıdır (Bu ilin sentyabrında dünyasını dəyişən Kərimov ötən ilin martında keçirilən prezident seçkisində 90,39 faiz səs toplayıb, seçici fəallığı 85 faizdən yüksək olub).

Bundan başqa, Kreml seçkilərdə rəqabət problemini həll etməlidir. RBK-nin həmsöhbətlərindən biri qeyd edib ki, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov və Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin yaşı çoxdur (müvafiq olaraq 72 və 70 yaş). Onların seçki kampaniyasını yüksək səviyyədə təşkil etmələrinə şübhə ilə yanaşılır.

“Ədalətli Rusiya”nın rəhbəri Sergey Mironovun reytinqi isə cəmi 2 faizdir. “Hələ anlaşılmazdır ki, bu seçkilərə daha kimləri çıxarmaq olar”, - mənbə bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR