AVRO-2020: Kopenhagen loqonu təqdim etdi

AVRO-2020: Kopenhagen loqonu təqdim etdi
12:27 2 Noyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2020-nin ev sahibi olan daha bir şəhər yarışın loqosunu təqdim edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London, Roma, Bakı, Buxarest, Qlazqo və Münhenin ardından Kopenhagendə də təqdimat mərasimi keçirilib.

Qitə çempionatlarının 60 illiyi ilə əlaqədar 13 ölkədə təşkil olunacaq yarışın ev sahiblərindən olan Danimarka paytaxtının loqosu ciddi şəkildə fərqlənməyib. Belə ki, digər rəmzlərdəki kimi bu dəfə də qitə ölkələri arasında əlaqəni təcəssüm etdirən körpü loqonun əsas elementi olub.
 
Məşhur Dairəvi körpü - Cirkelbroenin əks olunduğu rəmzdə Avropa çempionuna təqdim olunan kubok da əksini tapıb.
 
Qeyd edək ki, AVRO-2020 iyun-iyul aylarında keçiriləcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR