Ermənistanın XİN başçısı Almaniyaya səfər edəcək

Ermənistanın XİN başçısı Almaniyaya səfər edəcək
12:27 2 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan noyabrın 3-4-də Almaniyaya səfər edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer onu qəbul edəcək.
Erməni nazirin Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Kristof Hoysgenlə görüşü planlaşdırılıb.
Məlumata görə, Edvard Nalbandyan səfər çərçivəsində Fridrix Ebert Fondunun binasında Almaniya parlamentinin üzvləri, siyasətçilər və ekspertlərlə görüşəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanin-xi-n-bascisi-almaniyaya-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR