Milimizlə oyunsonrası davranışına görə norveçli futbolçuya sərt cəza

Milimizlə oyunsonrası davranışına görə norveçli futbolçuya sərt cəza
12:32 2 Noyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Norveç milli komandasının futbolçusu Ule Selnesi ağır cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına Bakı Olimpiya Stadionunda 0:1 hesabı ilə uduzduqları oyundan sonra israilli hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi olub.

"Saint-Etienne"in 22 yaşlı yarımmüdafiəçisi 11 ay müddətinə millidən kənarlaşdırılıb. O, bu müddətdə Norveç millisi ilə rəsmi oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, Selnes klub saytına açıqlamasında meydançanı tərk edərək paltardəyişmə otağına getdiyi zamanı tuneldə yan xətt hakiminə çox pis idarəçilik etdiklərini söylədiyini bildirmişdi: "Mən yalnız bunu dedim. Həmin vaxt tuneldə çox səs-küy vardı. Azərbaycanlılar - assosiasiya nümayəndələri, oyunçular, stadion işçiləri - qələbəni bayram edirdilər. Söylədiklərimə görə təəssüf edirəm. Mənimlə pis davrandılar. Buna baxmayaraq, qərara görə çox məyusam. Hesab edirəm ki, bu, ədalətsizdir".

Norveç Futbol Federasiyası da qərarla razı olmayaraq apellyasiya vermək variantını nəzərdən keçirir. Qurum qərarı sərt saymaqla yanaşı, futbolçunun yan xətt hakiminə söylədiklərinə görə üzrxahlıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR