Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AÇ-2020: Daha bir şəhər loqonu təqdim etdi

AÇ-2020: Daha bir şəhər loqonu təqdim etdi

Date: 2 November 2016 12:33

AÇ-2020-nin ev sahibi olan daha bir şəhər yarışın loqosunu təqdim edib.

Publika.az xəbər verir ki, London, Roma, Bakı, Buxarest, Qlazqo və Münhenin ardından Kopenhagendə də təqdimat mərasimi keçirilib.

Qitə çempionatlarının 60 illiyi ilə əlaqədar 13 ölkədə təşkil olunacaq yarışın ev sahiblərindən olan Danimarka paytaxtının loqosu ciddi şəkildə fərqlənməyib. Belə ki, digər rəmzlərdəki kimi bu dəfə də qitə ölkələri arasında əlaqəni təcəssüm etdirən körpü loqonun əsas elementi olub.

Məşhur Dairəvi körpü - Cirkelbroenin əks olunduğu rəmzdə Avropa çempionuna təqdim olunan kubok da əksini tapıb.

Qeyd edək ki, AÇ-2020 iyun-iyul aylarında keçiriləcək.


Tags:  AÇ-2020 şəhər loqonu təqdim etdi


RƏYLƏR


Top news