Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənnini vurub qaçdılar

Azərbaycanlı müğənnini vurub qaçdılar

Date: 2 November 2016 12:48

Müğənni Elnarə Xəlilovanın avtomobilini vurub qaçdılar.

Publika.az xəbər verir ki, müğənni bu barədə “İnstagram” səhifəsində məlumat verib.

Onun maşınını vuran avtobusun fotosunu təqdim edən müğənni kömək istəyib: “90 VH 282 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus səhər saat 10:15 radələrində ADA Universitetinin önündə işıqfordan tərpənər-tərpənməz hərəkət elədiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb məni sağdan vurdu və qaçdı. Bütün mediadan xahiş edirəm. Bu məsələni necə lazımdı işıqlandırsınlar və böyütsünlər. Menə maraqlıdır, bu avtobusların yiyəsi tapılacaq, ya yox?”

Cəvahir



Tags:  Azərbaycanlı müğənnini vurub qaçdılar

RƏYLƏR


Top news