Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycana 55 sm qalınlığında qar düşdü

Azərbaycana 55 sm qalınlığında qar düşdü

Date: 2 November 2016 13:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Milli.Az-a əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 01-i gündüzdən 02-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar ağıb.

Düşən yağıntının miqdarı
Lənkəran-Astara zonasında və Naxçıvan MR-da: 1-11, Böyük Qafqazda: 1-15, Qazax-Gəncə zonasında: 2-29, Mərkəzi-Aran rayonlarında: 2-13, Kiçik Qafqazda: 28-44, Bakıda və Abşeron yarımadasında: 1-9 mm olub.

Qar örtüyünün hündürlüyü
Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.

Külək: Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

Milli.Az


Tags:  Azərbaycana 55 sm qalınlığında qar düşdü

RƏYLƏR


Top news