Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mətanət Əsədova bacısını təhqir edən şəxsi həbs etdirdi

Mətanət Əsədova bacısını təhqir edən şəxsi həbs etdirdi

Date: 2 November 2016 13:27

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün məhkəməyə verdiyi keçmiş "Nida"çı Elsevər Mürsəlli həbs edilib.

Milli.Az bildirir ki, bu barədə qafqazinfo-ya M.Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.

O bildirib ki, Xaçmaz rayon məhkəməsi E.Mürsəlli haqda 6 ay şərti cəza qərarı çıxarsa da, bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilib və E.Mürsəlli barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. E.Mürsəlli Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.

Milli.Az


Tags:  Mətanət Əsədova bacısını təhqir edən şəxsi həbs etdirdi

RƏYLƏR


Top news