Rəqibi topsuz qoy, xal qazan, "Qarabağ"!

Rəqibi topsuz qoy, xal qazan, "Qarabağ"!
13:37 2 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın rəqibi: "Qəbələ"nin darmadağın etdi komanda (19 İyun 2017 14:57)
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu (19 İyun 2017 14:38)
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu (19 İyun 2017 14:29)

Bu gün Avropa Liqasında IV turun oyunları keçiriləcək. Ölkəmizi qitə miqyaslı turnirdə təmsil edən “Qarabağ” Yunanıstanda PAOK-un qonağı olacaq. “Qəbələ” isə Bakıda Fransanın “Sent-Etyen” klubunu qəbul edəcək.


Avrokubok tarixində ilk dəfə Yunanıstana səfər edən “Qarabağ”ın taleyi öz əlindədir. Ağdam klubu 1/16 final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün səfərdən sərfəli nəticə ilə dönməyə çalışmalıdır. 


Ötən mövsüm “Qəbələ” ilə hər iki oyunda qolsuz bərabərliklə kifayətlənən Saloniki təmsilçisi 12 gün əvvəl Bakıda “Qarabağ”a 0:2 hesablı məğlub olub. Məhz bu səbəbdən “köhlən atlar” hazırda eyni – 4 xala malik olduğu rəqibini turnir cədvəlində qabaqlayır. Bu üstünlüyü əldən verməmək üçün məğlub olmamaq şərtdir. Əks halda, təmsilçimiz işini çətinə salmış olacaq. Çünki “Qarabağ”ın qarşıda evdə yenə bilmədiyi “Slovan”la Çexiyada və 1:5 hesabı ilə uduzduğu “Fiorentina” ilə Bakıda oyunları var. 


“Slovan”ı səfərdə məğlub edib (2:1), evdə “Fiorentina”dan xal alan (0:0) PAOK Avropa Liqasının qrup mərhələsində keçirdiyi son 4 ev oyununda heç-heçə edib ki, bu da ağdamlıların Salonikidən müsbət nəticə ilə dönməyin mümkünlüyündən xəbər verir.


Həm “Qarabağ”, həm də PAOK ölkə çempionatının son turunda qələbə qazanıb. 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi yunanlarla oyun ərəfəsində Muarem Muaremin yeganə qolu ilə AZAL-ı məğlub edib. Elə Saloniki təmsilçisi də 1:0 hesablı qələbəyə sevinib. Hesabından 3 xalı silinmiş, hazırda 11 xalla 16 klub arasında 3-cü sırada olan PAOK doğma meydanda AEK-i üstələyib.


“Qarabağ”la oyun ərəfəsində PAOK-un heyətindəki itkilər diqqət çəkir. Belə ki, Calma Kampos, Georgios Tzavellas, Dimitris Cannulis və Dimitris Pelkasın zədələnməsi baş məşqçi Vladimir İviçi çətin vəziyyətdə qoyub. 


Ağdam klubunda isə zədəlilər – Reynaldo ilə Miçelin sıraya dönməsi Qurban Qurbanovu sevindirməyə bilməz. Komandamız yunanlara qarşı optimal heyətlə çıxış edə biləcəklər. 


PAOK-un baş məşqçisi Vladimir İviç Bakıdakı 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi ki, ilk dəfədir komandasında bu cür fəaliyyətsizlik görürür: “İstədiklərmizi həyata keçirə bilmədik. Amma şanslarımız öz əlimizdədir. İstədiyimiz təzyiqi edə bilmədik. Topsuz oyunda zəif çıxış etdik. Növbəti 3 oyunumuzdan 2-si evdədir, uğur qazanmağa çalışacağıq”.


İviçində dediyi kimi, “Qarabağ”ın evdə yunanları məğlub etməsinin əsas səbəbi rəqibini topsuz qoymasıdır. Təbii ki, Qurbanov da bu amilin fərqindədir. Ağdam təmsilçisi səfərdə müdafiə olunaraq deyil, topa daha çox sahib olmaqla istədiyinə nail ola bilər. Lakin topa sahib olmaqla bərabər, irəlidə risk almamaq da vacibdir. Çünki “Qarabağ”ı üçün öncəlik 1 xal əldə etməkdir. Oyunun gedişindən asılı olaraq müəyyən həmlələr etmək, boşluqlardan yararlanıb, qələbə qazanmaq barədə düşünmək olar.



00:05 PAOK (Yunanıstan) – Qarabağ (Azərbaycan)

Baş hakim: Con Biton

Yan xətt hakimləri: Duqlas Potter, Eleste Maze

Köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson

Dördüncü hakim: Sin Karr (hamısı Şotlandiya)

Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson

UEFA nümayəndəsi: Darko Çeferin (Sloveniya)

Hakim-inspektor: Qenadie Skurtul (Moldova

Saloniki. “Tumba” stadionu



1. “Fiorentina” (İtaliya) 3 2 1 0 8-2 7

2. PAOK (Yunanıstan) 3 1 2 0 2-3 4

3. “Qarabağ” (Azərbaycan) 3 1 1 1 5-7 4

4. “Slovan” (Çexiya) 3 0 1 2 4-7 1


Matçdan məqamlar...

- PAOK-un hücumçusu Fakundo Pereyra ötən mövsümü icarə əsasında “Qəbələ”də keçirib. 

- Ağdam təmsilçisinin qapıçısı Boyan Şaranov və yarımmüdafiəçisi Miçel PAOK üçün Yunanıstan yad ölkə deyil. Serbiyalı qolkiper 2015-ci ildə “Erqotelis”in formasını geyinib, ispaniyalı yarımmüdafiəçi isə 2011-ci ildə AEK-də çıxış edib. 

- “Qarabağ”ın hücumçusu Dino Ndlovu və PAOK-un forvardı Eftimis Kolouris 2015-16 mövsümündə “Anortosis”də  komanda yoldaşı olublar.


Fanat.Az


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41

Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT

26 İyun 2017 23:37

İngilis futbolçuya 200 milyon funt qiymət qoyulub

26 İyun 2017 23:37

Dənizə ataraq intihara cəhd edib - Bakıda

26 İyun 2017 23:32

"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO

26 İyun 2017 23:32

1300 uşağı olan poçtalyon

26 İyun 2017 23:28

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

26 İyun 2017 23:24

Köhnə və yeni sevgililəri bənzər olan məşhurlar - FOTO

26 İyun 2017 23:22

Çəhrayının 50 çaları moda ikonalarının obrazlarında - FOTO

26 İyun 2017 23:22

"Akasiya durağı"nın balaca ulduzunun inanılmaz dəyişimi - FOTO

26 İyun 2017 23:17

Dənizdə intihara cəhd

26 İyun 2017 23:14

Lavrov və Tillerson arasında telefon danışığı olub

26 İyun 2017 23:12

Şəkərli diabet xəstələri üçün MÜJDƏ

26 İyun 2017 23:05

Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR

26 İyun 2017 23:03

Hamilələr adam öldürə bilər - Yeni qanun

26 İyun 2017 22:57

Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

26 İyun 2017 22:57

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 22:57

Pakistanda baş verən yanğında ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 22:53

Ağ Ev: "Prezident Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi"

26 İyun 2017 22:47

Midiyanın məhv etdiyi ölkə barədə DƏHŞƏTLİ FAKTLAR: kəsilmiş başla həzz və... - FOTO

26 İyun 2017 22:47

Öndə komandirlər gedirdi...

26 İyun 2017 22:37

Çimərlik geyimi açıldı - sevgilisi xəbərdarlıq etdi - FOTO

26 İyun 2017 22:32

Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib -

26 İyun 2017 22:28

Astara sakini narkotik vasitənin təsirindən ölüb

26 İyun 2017 22:27

Yayın sırğa dəbi: Qulaqlarınız diqqət mərkəzində olacaq - FOTO

26 İyun 2017 22:27

Dünyanın ən QƏRİBƏ TEATRI: burada aktyorlar pişiklərdir

26 İyun 2017 22:22

Azərbaycan bayrağı ayaq altına sərilən xalçaya əks olunub - Dövlət atributuna hörmətsizlik? - VİDEO

26 İyun 2017 22:22

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

26 İyun 2017 22:12

Mobil telefon bazarında durğunluq yaşanır - VİDEO

26 İyun 2017 22:12