Pulla bərpa edilən "BAKİRƏLİK" cinayətdirmi?

Pulla bərpa edilən "BAKİRƏLİK" cinayətdirmi?
13:47 2 Noyabr 2016
706 Ölkə
Ölkə mətbuatı
A- A+

Çoxlarınızın, deputatların, hətta dövlət komissiyalarının mövzunu eşidəndə "aaa!", "oyy!" nidalarının müşayiətilə, "sən Allah, məni belə məsələlərə qatma" deməsilə başladı məsələyə yanaşma. "Ayıbdır", "intim mövzulara toxunmayın" deyə-deyə, gəldik çıxdıq namusun gözəllik salonlarında pulla bərpa edildiyi zəmanəyə! Amma pulla bərpa etdirdiyiniz bakirəliyin yükünü zəmanənin üzərinə ata bilməyəcəksiniz bu dəfə.

Çünki bir anlıq hisslərinizə hakim kəsilə bilməyən bəziləriniz, başqa birinin həyatını alt-üst etməyi gözə alacaq qədər NAMUSSUZSUNUZ! Bu addımı atıb, telli-duvaqlı gəlin olub, belinizə qırmızı lent bağlayanda heç düşünmədinizmi xoşbəxtliyiniz o lent boyda da olmayacaq?.. 
Bir başıpapaqlınız olmadımı, sizə nəzarət etsin? Yoxsa daha papaq da dəbdən düşüb?.. Vallah, elə dəb deyib sırıdıqlarınızdır zəmanəni bu günə qoyan.
Əlqərəz, qayıdıram mövzu ilə bağlı müraciət etdiklərimə. O mövzuyla bağlı ki, Azərbaycanda var və bunu danan ya azərbaycanlı deyil, ya da uzun müddətdir ölkə hüdudlarından kənardadır ki, məsələdən hali deyil. 

Milli.Az bildirir ki, modern.az-ın ilk olaraq müraciət etdiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən intim məsələ olduğu üçün heç kimin açıqlama verilməyəcəyini bildirdilər. İsrarlarım isə yersiz oldu.
Növbəti müraciət etdiyim Milli Məclisin Ailə, qadın, uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı isə sualımı eşitcək az qaldı olduğu yerdən gəlib məni assın. O Aqiyə Naxçıvanlı ki, Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızının müəllifi olduğu verilişlərin cəmiyyətə zərərindən ağzıdolusu danışırdı. Amma indi "ay qız, bu nə mövzudur, mən ümumiyyətlə bu haqda danışa bilmərəm. Belə şey olar?" deyərək dəstəyi asdı.
 
"Bu addımı atan qadınları heç cür anlaya bilmirəm"
 
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədi Mehriban Zeynalova isə modern.az-a deyib ki, o,  belə müraciətlərlə dəfələrlə rastlaşıb.
"Mənə müraciət edənlər arasında belə hallar yaşayanlar olub. Amma heç vaxt onlara dəstək vermirəm. Mən hesab edirəm ki, insanlar ailə quranda dürüst olmalı, ailənin təməli ilk gündən sağlam qoyulmalıdır.
Bəzilərinin toydan əvvəl bakirəliyin bərpası üçün etdiyi müraciətlərə gəlincə, bu, tələb-təklif məsələsidir. İnsanlar bəzi hallarda özləri məcbur edir ki, bu hadisələr baş versin.
Bəziləri bilərəkdən, hisslərinə qulaq asaraq addım atır, daha sonra bu faciəyə çevrilir və əməliyyata üz tuturlar".
M.Zeynalova hesab edir ki, qadınların bu əməliyyata üz tutmalarının səbəbi də qınaqdır:
"Qadınlar belə başa düşür ki, heç kim onları anlamayacaq, yaxud qəbul etməyəcək və gələcəkdə həyatları qınaq altında olacaq.
Mən ümumiyyətlə, sonu olmayan bu cür münasibətləri dəstəkləmirəm. Nə qədər ağır, çətin olsa da, reallığı deyib qarşındakına dürüst olduğunu nümayiş etdirməlisən. Onsuz da səhv addımı atmısan, bunu bir də hansısa müdaxilə, əməliyyatla sənə inanıb ailə quran adama etmək heç də doğru deyil".
 
"Aldadan da kişidir, qadının namusunu ləkələyib sonra öldürən də"
 
Hüquq müdafiəçisi deyir ki, əslində qadını aldadan da, aldanmış vəziyyətdə ortada qoyub qınayan da kişidir:
"Bu hadisəyə görə o qadını öldürən də kişidir. Bu baxımdan övlad böyüdən valideynlər onlara düzgün tərbiyə verməli, kiminsə həyatını alt-üst etməyə, aldatmasına icazə verməməlidirlər. Hər kəsin digərləri qarşısında məsuliyyət hissi olmalıdır.
Onun həyatı, onun yaşamı, onun psixoloji durumu ilə bağlı məsuliyyətini dərk etməlidir. Təbii ki, hər bir qadın ailə qurmaq istəyir və bu ailəni əmin olaraq qurmaq istəyir. Təəssüf ki, sui-istifadə hallarında bu cür problemlər ortaya çıxır. Yenə də həmin hal olubsa belə, düşünürəm ki, onu doğru şəkildə anlatmaq lazımdır.
Bu əməliyyatlar, həkimlərə müraciətlərə son qoyulmalıdır. Əgər kimsə səni sevirsə, səni olduğun kimi, şəxsiyyət kimi, ruhun kimi sevəcək".
 
"Yalanın ömrü heç bir həftə də çəkmədi..."
 
M.Zeynalova bakirəliyini bərpa etdirdikdən sonra ailə qurub boşanan bir qadının ona kömək üçün müarciət etdiyini qeyd edir:
"Bakirəlik əməliyyatlarına üz tutub sonra problem yaşayan 20, 22, 28, 32 yaşlı xanımlar bizə müraciət edib, amma heç bir halda mən onlara kömək etməyi boyun olmamışam. Çünki qəti şəkildə bu cür əməliyatlara qarşıyam.
Bir dəfə mənə bir xanım yaxınlaşmışdı. Çox ziyalı bir xanım idi. Yəni bu kimi məsələlərdə qadınların təhsilsiz olmasını əsas gətirirlər çox vaxt. Amma bu xanım təhsilli idi. Deməli, bu xanım öz nişanlısı ilə münasibətdə olmuşdu. Amma onlar evlənəsi olmamışdı. Sonradan qadın başqa bir bəylə ailə qurmağa hazırlaşanda yaşadıqlarını gizlətməkdən ötrü əməliyyata müraciət etmişdi. Toydan bir həftə sonra telefonda rəfiqəsinə prosesi danışanda təsadüfən yoldaşı onu eşitmişdi. Yalan üzərində qurulan ailəyə bircə həftənin içərisində son qoyulmuşdu. Qarşı tərəf heç cür aldadıldığı ilə razılaşa bilmirdi. Baxın bu əməliyyatların belə nəticələri də var. Ona görə gizlətmək, aldatmaq, süni şəkildə bakirəliyi bərpa etmək yolverilməzdir.
Ümumiyyətlə, bakirəlik məsələsi və onun bərpası daha çox Şərq ölkələrində yayılıb. Harada ki, bakirəlik insan, qadın faktorundan üstdə durur, məsələ orada da aktualdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD-in 96 üzvü əfv edildi - Gözlənilməz qərar - FOTOLAR

23 Avqust 2017 06:33

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07