Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qarabağda döyüş başlayır - Ermənistanın məhvinin iki SSENARİSİ

Qarabağda döyüş başlayır - Ermənistanın məhvinin iki SSENARİSİ

Date: 2 November 2016 13:53

Ermənistan politoloqları Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcəyini etiraf edirlər.

Publika.az
xəbər verir ki, erməni analitik İqor Muradyan Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyib: “Birincisi, iki ölkə arasında müharibə, ikincisi başqa ölkənin müdaxilə edəcəyi hərbi toqquşma”.

Muradyan etiraf edir ki, hər iki halda Ermənistan təklənmiş olacaq.

“Birinci variantda, tərəflər müharibə aparacaq. Beynəlxalq ictimaiyyətin səyi nəticəsində tərəflər yenidən real danışıqlar üçün masaya əyləşə bilərlər. Lakin o da faktdır ki, Azərbaycan sürətli hücumla Ermənistana ciddi zərbələr vura bilər.

İkinci variantda, Türkiyə Azərbaycana hərtərəfli kömək edəcək və müharibəyə qoşulacaq. Bu zaman, NATO kənarda qalacaq. Bunun səbəblərindən biri də Ermənistanın NATO-ya məhəl qoymamasıdır. Misal üçün, bu gün erməni telekanalları NATO haqda heç bir xəbərə yer vermirlər, amma Rusiya ilə bağlı xəbərləri sevə-sevə təbliğ edirlər. Bu kimi faktorlar Ermənistanın NATO və ABŞ-dan təcrid olmasına və zəifləməsinə gətirib çıxarır. Azərbaycan isə bu şəraitdən yararlana bilər. Hazırda hərbi toqquşmaların yenilənməsi aktualdır. Belə görünür ki, Ermənistanda çoxları müharibənin məğlubiyyət ssenarisi ilə artıq razılaşıblar”, - deyə o bildirib.

Asif


Tags:  Qarabağda döyüş başlayır Ermənistanın məhvinin iki SSENARİSİ

RƏYLƏR


Top news