Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elnarə qəza keçirdi - foto

Elnarə qəza keçirdi -  foto

Date: 2 November 2016 14:01

Müğənni Elnarə Xəlilova avtomobil qəzası keçirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda İnstaqram səhifəsində yazıb. O bildirib ki, avtobus onun maşınını vurub və qaçıb:

“90 VH 282” dövlət nömrə nişanlı avtobus səhər saat 10:15 radələrində ADA Universitetinin önündə işıqfordan tərpənər-tərpənməz hərəkət elədiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb, məni sağdan vurdu və qaçdı. Mətbuatdan xahiş edirəm ki, bu məsələni işıqlandırsınlar. Mənə maraqlıdır, bu avtobusların yiyəsi tapılacaq ya yox? Maşını qabağına verdim ki, ürək sözlərimi deyim, amma sürdü qaçdı. Nə qədər axtardım o ərazidə tapmadım. Qaynar xəttə şikayətimi edəcəyəm və bu məsələni şişirdəcəyəm.

Qorxdum, maşında uşaq da var idi. Avtobusda o qədər adam daşıyır, onların taleyi necə olacaq? ”.


Tags:  Elnarə qəza keçirdi foto

RƏYLƏR


Top news