"Əli və Nino" filminə hədiyyəli aksiya davam edir

"Əli və Nino" filminə hədiyyəli aksiya davam edir
14:05 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Gəncə şəhərində yerləşən premium kinoteatr "CinemaPlus" sakinlər tərəfindən böyük marağı nəzərə alaraq, gözlənilən "Əli və Nino" filminə hədiyyəli aksiyanı daha 1 ay uzadır. Film Azərbaycan dilində nümayiş olunur.

Aksiya haqqında məlumat: Aksiyanın məqsədi əsas çəkilişləri Gəncə körpüsündə keçmiş "Əli və Nino" filmini sakinlərə pulsuz olaraq nümayiş etdirməkdir. Aksiya dekabr ayının 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir. Hədiyyə biletlərdən aşağıda qeyd olunan tamaşaçılar yararlana biləcəklər:

1. Dövlət qulluqçuları (müəllimlər, həkimlər və s.) və hərbçilər 2. Tələbələr - təsdiq üçün tələbə bileti ilə birgə 3. 50 yaşdan yuxarı tamaşaçılar 4. Məhdud fiziki imkanlı insanlar

"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri - Kris Tikye, rejissor - BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.

Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilmişdir. Çəkilişlər Bakıda - tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılmışdır.

Filmdə çəkiliblər: Adam Bakri, Mariya Valverde, Halit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar.

"CinemaPlus" hər zaman sizə xoş hisslər bəxş etməyə və kinematoqrafiyada çəkiləcək ən son premyeralar ilə sevindirməyə hazırdır!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/485538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR