Putindən KRİTİK QƏRAR

Putindən KRİTİK QƏRAR
14:05 2 Noyabr 2016
172 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriya ilə bağlı vacib göstəriş verib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Suriyanın Hələb şəhərində vətəndaşların şəhəri tərk edə bilmələri üçün 4 noyabr tarixində yerli saatla 09.00-19.00 aralığında "insani fasilə" adı altında atəşkəs elan edib.

Rusiya Baş Qərargah rəhbəri Valeri Gerasimov prezidentin göstərişi haqda bunları deyib:

"Mənasız ölümlərin önünün alınması məqsədi ilə Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı Vladimir Putindən aldığı əmrə əsasən, Hələbdə 4 noyabr tarixində 09.00-19.00 radələrində humanitar fasilə elan edilməsi göstərişini alıb. Bu qərar Suriya hökuməti tərəfindən də qəbul olunub".

Qeyd edək ki, Rusiya yaralı, köməyə ehtiyacı olan sakinlərin Hələbin şərq məhəllələrini tərk edə bilmələri üçün 20 oktyabrda da "insani fasilə" elan etmişdi. Bu fasilə üç günə qədər uzadılmışdı.

Kremlin sözçüsü Dmitri Peskov dünən etdiyi bir açıqlamada hava əməliyyatlarına edilən fasilənin hələ də qüvvədə olduğunu, lakin İŞİD-in hücumlarına son vermədiyi müddətcə bu müddəti uzatmağın mümkünsüz olacağı xəbərdarlığını etmişdi.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR