Ərdoğan: "Afrika ölkələri FETÖ-yə qarşı diqqətli olmalıdırlar"

Ərdoğan: "Afrika ölkələri FETÖ-yə qarşı diqqətli olmalıdırlar"
14:12 2 Noyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

"Afrika qitəsi ölkələri FETÖ-yə qarşı diqqətli olmalıdırlar. Biz bu qardaşlarımızı oyanmağa çağırırıq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbulda keçirilən Afrika-Türkiyə iqtisadi və iş formunda bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, FETÖ teror təşkilatı 170 ölkədə fəalliyətinin olduğunu deyir: "Bu ölkələrdən biri də Afrikadadır. Möhkəm olun və qapılarınızı bağlayın bu təşkilata. FETÖ ilə mübarizə hər birimizin ortaq mücadiləsidir. Afrikalı qardaşlarımızın bizə dəstəyini 15 iyul tarixində də gördük, biz bundan sonra sizin də ölkənizin bu təşkilatdan təmizlənməsi üçün əlimizdən gələn dəstəyi verəcəyik".
Rəcəb Tayyib Ərdoğan Türkiyədə yeni qurulan maarif dərnəyindən də danışıb: "Türkiyədə Maarif vəqfi quruldu və biz bu təşkilatın xarici ölkələrdə olan Türk məktəbləri adı ilə açdığı məktəbləri o ölkələrin təhsil nazirlikləri ilə dövlətin adına keçirdik. Hədəfimizdə Afrika ölkələrində Türkiyənin sefirliklərini açmaqdır. İnşallah, bu hədəfimizə çatacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR