GUAM - Demokratiya və iqtsadi inkişaf təşkilatı Parlament Assambleyasının növbəti iclası dekabr ayında Bakıda keçiriləcək.
Milli.Az bildirir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.
İclasın gündəliyində GUAM üzv-dövlətlərinin Avropaya inteqrasiyası proseslərinin müzakirəsi yer alacaq. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, çoxtərəfli parlament əməkdaşlığının regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolu, GUAM regionunun enerji potensialı və digər məsələlərin gündəliyə daxil edildiyi məlumat verilib.
İclasın keçirilmə tarixi müəyyənləşdirilməyib.
İclasda təşkilatın üzv-dövlətləri - Azərbaycan, Gürcüstan, Moldova, Ukraynadan əlavə, qonaq qismində Baltika assambleyası, Vışeqrad qrupu və TürkPA nümayəndələri də iştirak edəcəklər.
Milli.Az