"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xarici klublardan təklif aldı

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xarici klublardan təklif aldı
14:27 2 Noyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik 2 tanınmış klubdan təklif alıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, təkliflərdən biri Belçikadan, digəri Rusiyadan gəlib. Lakin Rednik həmin komandaların adlarını açıqlamayıb. 54 yaşlı baş məşqçi danışıqlara gələn həftə yollanacağını bildirib.

Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Onun rəhbərliyi altında "ağ-yaşıllar" 2010-2011-ci il mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıblar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR