Parlament jurnalistləri səfirlərə müraciət etdi

Parlament jurnalistləri səfirlərə müraciət etdi
14:28 2 Noyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Parlament Jurnalistlər Birliyi (PJB) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə məqsəd onlarla geniş müsahibələrin hazırlanması ilə bağlıdır.

Həmçinin, bu gündən başlayaraq PJB xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının başçılarına rəsmi müraciətlər göndərib.

PJB sədrinin müavini Aqil Aslan bildirib ki, bu ilin noyabrından etibarən təşkil ediləcək görüşlərdə yazıların hazırlanması ilə yanaşı səfiliklərlə əlaqələr, xarici ölkələrin mediası ilə əməkdaşlıq məsələləri də prioritetdir:

“Biz səfirliklərin dəstəyi ilə xarici ölkələrin jurnalist təşkilatları, mətbuat orqanları ilə əməkdaşlığı daha da intensivləşdirmək niyyətindəyik. Məqsədimiz xarici mətbuatla münasibətlər qurub Qarabağ həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımının xarici mediada işıqlandırılmasına nail olmaqdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qirmizi/174462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR