Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hörümçəkdən qorxub avtomobili göldə batırdı - FOTO

Hörümçəkdən qorxub avtomobili göldə batırdı - FOTO

Date: 2 November 2016 14:33

Avstraliyanın Yeni Cənubi Uels ştatında qeyri-adi hadisə baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hörümçəkdən qorxan sürücü avtomobili gölə sürüb.

Adı qeyd olunmayan şəxs tikinti materialları almaq üçün yollandığı mağazadan geri qayıdarkən əlində hörümçək görüb qorxur. Avstraliyalı avtomobili yolun kənarına çəkib, düşmək istəyir. Amma səhvən ayağını qazın üzərinə qoyur və nəticədə avtomobil gölə düşür.

Avtomobilin açıq pəncərəsindən çıxan sürücü xoşbəxtlikdən sağ qalır.

Mələk


Tags:  Hörümçəkdən qorxub avtomobili göldə batırdı FOTO

RƏYLƏR


Top news