Aktyorlar səfərə hazırlaşırlar

Aktyorlar səfərə hazırlaşırlar
14:46 2 Noyabr 2016
40 Şou
Ölkə mətbuatı
A- A+

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti xarici səfərə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, bu dəfəki səfər Rusiya Federasiyasının Elista şəhərinədir. Teatr noyabrın 5-dən 11-dək B.Basanqov adına Kamık Milli Dram Teatrının səhnəsində iki tamaşa ilə çıxış edəcək.

Tamaşalardan biri Bolqar yazıçısı P.Pançevin “Dörd əkizin nağılı”, digəri isə, ötən ay Kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən ifa etdikləri “Qohumlar”dır. 

Ötən teatr mövsümündə Kalmık teatrının bədii rəhbəri, RF-in və Kalmık Respublikasının əməkdar incəsənət xadimi Boris Manciyevin hazırladığı, B.Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri “Qohumlar” tamaşası bu dəfə də eksperiment şəkilində təqdim olunacaq. Tamaşanın əsas rolları Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık teatrının aktyorlarına həvalə ediləcək.

ADGTT-nın direktoru Mübariz Həmidovun rəhbərlik etdiyi 30 nəfərlik nümayəndə heyətinin iştirak edəcəyi səfər həm də əlamətdar hadisəyə təsadüf edir. Belə ki, noyabrın 8-də Kalmık Milli Dram Teatrının 80 illik yubileyi tamam olur. Buna görə də qastrol səfəri bayram, yubiley abu-havası ilə yadda qalacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR