"NASA təcrübəçisi" Kənan Əhmədli dərsə getmir, amma ADU-nun tələbəsidir

"NASA təcrübəçisi" Kənan Əhmədli dərsə getmir, amma ADU-nun tələbəsidir
14:47 2 Noyabr 2016
226 Ölkə
Ölkə mətbuatı
A- A+

NASA-ya təcrübəçi kimi qəbul olunduğunu iddia edərək KİV-lərə müsahibə verən gənc təhsil aldığı Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi olaraq qalır.

Milli.Az bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq universitetin İnformasiya Departamentindən məlumat verilib.
Bildirilib ki, ADU-nun "Regionşünaslıq və Beynəlxalq Münasibətlər" fakültəsinin 3-cü kursunda təhsil alan Kənan Əhmədli hazırda universitetinin tələbəsidir: "Kənan Əhmədlinin davamiyyətinə müvafiq qaydada nəzarət olunur".
Qeyd edək ki, Kənan Əhmədli bu il oktyabrın 21-də "Azvision.az" saytına müsahibəsində bu tədris ili başlayandan oxuduğu Azərbaycan Dillər Universitetinə getmədiyini bildirib. O qeyd edib ki, 3-cü kursa qədər universitetə gedib: "3-cü kursa qədər universitetə getmişəm. İndi isə yalnız rəsmi olaraq adım tələbələrin siyahısında var. Universitetə getmirəm, çünki mən öz beynimdə daha yaxşı universitet yaratmışam. Bəlkə də həmin universitet mənə istədiyimi öyrətmədiyinə görə belə bir addım atdım. İxtisasım isə beynəlxalq münasibətlərdir. Bu ixtisasın mənə heç bir aiddiyatı yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR