Milyarderin özündən 13 yaş böyük gözəlçəsi danışdı - FOTOLAR

Milyarderin özündən 13 yaş böyük gözəlçəsi danışdı - FOTOLAR
14:48 2 Noyabr 2016
93 Şou
Ölkə mətbuatı
A- A+

Miranda Kerr “Elle” jurnalının dekabr nömrəsinin üz qabığına çəkilib, həmçinin müsahibə verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, model jurnala verdiyi müsahibə keçmiş həyat yoldaşı Orlando Blum, eləcə də hazırkı milyarder nişanlısı Evan Şpigel haqqında açıq etiraflar edib. 33 yaşlı etiraf edib ki, oğlu Flin dünyaya gəldikdən sonra həyat yoldaşı ilə münasibətləri pisləşib, ailənin dağılması ona pis təsir edib. Ulduz hətta depressiyaya düşdüyün də gizlətməyib: “Əslində mən ağır depressiyaya düşdüm. Bu vəziyyətin dərinliyini heç vaxt başa düşmürdüm, çünki təbiətcə çox xoşbəxt insan olmuşam. İnanıram ki, hər bir fikir sizin real həyatınıza təsir göstərir, bu halda sizə yalnız öz düşüncələrinizə nəzarət etmək düşür".

Məlum olub ki, dünya şöhrətli model səs-küylü mərasimləri sevmir, bütün boş vaxtını daha çox ailəsinə sərf etməyə üstünlük verir. Kerr müsahibəsində bildirib edib ki, o, şənbə axşamları adətən qab yumaqla, ya da 5 yaşlı oğlunun tərbiyəsi ilə məşğul olur: “Mən oğlumla oxumaq, şəkil çəkmək və oynamaqdan, bir sözlə ailəmlə vaxt keçirməkdən zövq alıram. Mən yelləncəkdə yellənməyi də sevirəm. Əslində, evdar qadınam, ona görə də doğma dörd divar arasında qalmaq mənim üçün əsl xoşbəxtlikdir”.

Sonra isə o, əlavə edib ki, ərzaq dükanını özünün "xoşbəxtlər aləmi" hesab edir: "Model olmasa idim, onda məmnuniyyətlə bitkilərlə məşğul olmağı seçərdim”.

Model gələn il ərə getmək niyyətində olduğu milyarder sevgilisindən də danışıb. O, bildirib ki, nişanlısı ilə ortaq xüsusiyyətləri var, maraq dairələri oxşardır: “Ötən gün doğum günü şərəfinə sevgilim bağımın bir hissəsində söyüd ağacları əkdi. Söyüd sevdiyim ağacdır və mənim dünyaya baxışımı əks etdirir. Biz söyüd kimi bütün olunmalıyıq! İnsanlar düşünürlər ki, ən möhkəm ağac palıddır əslində isə söyüd daha çox elastikdir".

Aytən





Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/174470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR