"Filmdə özümüzü lağa qoyuruq" - FOTO

"Filmdə özümüzü lağa qoyuruq" -  FOTO
15:17 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"30 ildir ki, eyni tərzdə geyinirəm"

Türkiyəli aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib. 

Sevilən aktyor son çəkildiyi "Pamuk prens" filmindən danışıb:
"Yeni filmimiz olan "Pamuk prens"i bitirdik. Kinoteatrlarda yayımlanır. Xeyli sayda da tərif eşitdik. İstər mediadan, istər sənət adamlarından, istərsə də tamaşaçılardan. Böyük bir kütlə sevdi. Sadəcə bizim istədiyimiz effekti vermədi". 

Məşhur aktyor bildirib ki, "Pamuk Prens" filmində keçmiş həyat yoldaşı və qızı da rol alıblar: 

"Bu filmdə mənim həyatımdan müəyyən hissələr var. Amma tamamilə mənim həyatıma aid deyil. Bir sıra məşhurların həyatından götürülən fraqmentlərdir. Bu filmin ssenarisini Birol Güvenlə yazanda, özümüz özümüzü lağa qoyurduq, filmdə də bu var. İnsan özünü çox ciddiyə almamalıdır. Əlbəttə ki, gördüyümüz işi ciddiyə almalıyıq. Amma mən ulduzam, dünya mənim ətrafımda dönür kimi bir şey yoxdur bizdə. Bu səbəbdən də düşünürəm ki, insan özünü çox ciddiyə almayıb, bir az da zarafatla yanaşmalıdır hər şeyə".

Tamer Karadağlı yeni yaradıcılıq işlərindən söz açıb:
"Ən yaxşı bildiyim işi görməliyəm, o da aktyorluqdur. Arada dincəlirəm. Son 2 ildir seriala çəkilmirəm. Yeni bir layihə üzərində çalışırıq. Arada dincəlib, yaxşı bir işlə qayıtmaqda fayda var. Saqqalımı yeni layihəyə görə uzadıram. Mən trendlərə önəm verən biri deyiləm. 30 ildir ki, eyni tərzdə geyinirəm". 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/485595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR