Politoloq: “Bu, Qızıl Ordanın varislərinin həlledici toqquşmasıdır”

Politoloq: “Bu, Qızıl Ordanın varislərinin həlledici toqquşmasıdır”
15:33 2 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

“Kreml onu əhatə edən dünya ilə qarşıdurmada bir neçə fundamental məğlubiyyətlə üzləşib. Amma ən ağır məğlubiyyət Ukraynadakı məğlubiyyət olub”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirlə Rusiya politoloqu və publisisti Andrey Piontkovskiy çıxış edib.

“Rus dünyası” ideologiyası Ukraynanın rus əhalisi tərəfindən rədd edildi. Onların əksəriyyəti Ukrayna dövlətinə və onun Avropa seçiminə bağlı qaldılar. Ruslar həmçinin Ukrayna ordusunun sıralarında etnik ukraynalılar kimi təcavüzkarla vuruşurlar”, - o, söyləyib.

Politoloqun sözlərinə görə, Kreml tərəfindən Ukraynanın boynuna qoyulan müharibə Krım və Donbas uğrunda ərazi mübahisəsi, yaxud da etnik münaqişə deyil.

“Bu, Kiyev Rusiyası və Qızıl Ordanın varislərinin həlledici toqquşmasıdır”, - ekspert vurğulayıb.

Andrey Piontkovskiy daha əvvəl bildirib ki, Qərb artıq Ukraynanı Vladimir Putinə asanlıqla “verməyəcək”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR