Lerik və Yardımlı kəndlərinin yolu bağlanıb

Lerik və Yardımlı kəndlərinin yolu bağlanıb
15:42 2 Noyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürüşmələrlə əlaqədar Lerik və Yardımlı rayonlarında əsasən dağlıq kəndlərinə gedən yolların çoxu bağlanıb.

Milli,Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinə şimal və şimal-qərbdən daxil olan rütubətli hava kütlələri son günlər ərzində ölkə ərazisindəki sürüşmə sahələrinin çox aktivləşməsinə səbəb olub.

Azərbaycanın cənub bölgəsində Lerik-Lənkəran-Astara yolunda da sürüşmənin fəallaşdığını bildirən S.Tarixəzəri qeyd edib ki, əvvəllər Cəlilabad rayonunda böyük miqyaslı sürüşmələr baş verməsə də, artıq bu rayonda da sürüşmələr aktivləşib: "Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində sürüşmə-çökmə baş verib. Bütün bunlar onu göstərir ki, sürüşmələrin miqyası getdikcə genişlənir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR