“Çingiz Abdullayevə çatdırın, məndən kitab yazsın” – Məhkəmədən REPORTAJ

“Çingiz Abdullayevə çatdırın, məndən kitab yazsın” – Məhkəmədən REPORTAJ
15:43 2 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Alim İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Adil Həsənov ifadə verib.

O, bildirib ki, Bakıda fərdi yaşayış evi və bina tikintisi ilə məşğul olub: “Tərlanla dostum vasitəsi ilə tanış oldum. Ümumilikdə 123 min manat zərər çəkmişəm. Ev tikərkən vergi ödənişləri ilə bağlı problemlərim yarandı. Problemi həll etmək üçün tanış axtardım. Şəriklərimizdən biri Tərlanı tapdı və bu işi həll edəcəyini dedi. Təlanla görüşdük, əvvəlcə şirinlik istədilər. Biz də razılaşdıq”.

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilənlərdən Tərlan Comərdov Alim İbrahimovu ona vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun müşaviri kimi təqdim edib: “Bildirdi ki, vergi ilə bağlı problemlərini Alim İbrahimov həll edəcək. Tərlan Comarədov Alim İbrahimova “müəllim” deyə müraciət edirdi. Tərlan deyirdi ki, işi müəllim həll edəcək. Nazirliyin vəzifəli şəxsləri ilə əlaqəsinin olduğunu, məsələni həll edəcəyi vədini verdi. Ona 123 min manat pul vermişəm”.

Adil Həsənov qeyd edib ki, Alim İbrahimovla görüşmək üçün Vergilər Nazirliyinə gedib: “Orada öyrəndim ki, nazirlikdə bu adda şəxs yoxdur. Bir neçə dəqiqə sonra Alim İbrahimov mənə zəng etdi, bildirdi ki, nazirliyin qarşısında məni gözləyir. Çıxanda BMV markalı avtomobildə gördüm. Ondan pulumu istədim. Dedim, ya da aktı ver.

O, bildirdi ki, aramızda olan adama etibarın yoxdur? Bu sözdən sonra onunla razılaşdım”.

Zərərçəkmiş Alim İbrahimovun sürücüsünün də olduğunu deyib.

Təqsirləndirilən Alim İbrahimov zərərçəkmişin yalan danışdığını bildirib: “Mən kiməm ki, sürücüm olsun? Həm də mən ondan pul almamışam. Tərlanın da ondan pul almasından xəbərim yoxdur. İşi danışmışdıq, sonra alınmadı. İmkan olsa mənim xahişimi yazıçı Çingiz Abdullayevə çatdırın. Çingiz Abdullayev mənim məhkəməmdən bir kitab yazsın”.

Digər zərərçəkmiş Fikrət İbrahimov da ifadə verib. O, bildirib ki, qardaşı ilə şərikli qapı-pəncərə sexi işlədiblər: “Bundan əlavə digər tikinti materiallarının da satışı ilə məşğul olmuşuq. Yaxın dostum Bəhruzla tez-tez görüşürdük. Görüşlərdən birinə gələndə süfrə arxasında Alimin də olduğunu gördüm. Əvvəlcə özünü dindar adam kimi təqdim etdi. Dindən geniş məlumatı var idi. Səliqəli də geyinirdi.

Nə təsadüf idisə, görüşlərdə Alim çox vaxt söhbətimizin üstünə gəlirdi. Sonradan özünü vəzifəli şəxsin mühafizə rəisi kimi təqdim elədi”.

Zərərçəkmiş qeyd edib ki, bir müddət keçəndən sonra Alim İbrahimovun vasitəsi ilə həmin vəzifəli şəxsin tikinti şirkətlərinə lazım olan qapı-pəncərələrin onlardan alınmasında kömək etməsini düşünüb: “Bu barədə Alim İbrahimovla danışdıq, onunla da razılaşdıq”.

Fikrət İbrahimov bildirib ki, Alim İbrahimovun ona 28 min manat borcu qalıb: “Mən Alimə başqa tikinti materialları da satdığımızı dedim. Bir gün zəng elədi ki, 120 ton armatur lazımdır. Mən də hər tonunda 20 manat xeyir tutaraq ona verəcəyimi dedim. Alim dedi ki, pulu nağd şəkildə ödəyəcək.

Səhəri gün Alim maşınları sexə göndərdi. Malı yükləyəndən sonra dedi ki, pul yoxdur. Mənə zəng edəndə dedim ki, pul yoxdusa, boşaldın. 15 dəqiqə sonra Alim zəng elədi. Başladı ki, bəs görün necə böyük adamla iş görmək istəyirsən, amma 120 ton armaturun söhbətini edirsən. Malın qiyməti də 94 min edirdi.

Alim 94 minin söhbətini etməməyimi, pulu 1-2 günə verəcəyini söylədi. Sonra yoxa çıxdı. Dostum Bəhruza dedim, bir neçə gün sonra Alimi tapdıq. Pulun bir hissəsini qaytardı. 28 min borclu qaldı”.

Fikrət İbrahimov zərərçəkmişin ifadəsinə belə münasibət bildirib: “Fikrət müəllim nə deyirsə, düz deyir. Dediklərinin hamısı doğrudur. Məqsədim malı sataraq pul qazanmaq idi. Ancaq mənə də dostum atıb. Malı Məşəddə tanış olduğum Elçin Həmidova vermişəm. Mən də tonunda 20 manat qazanc əldə edəcəkdim. Ancaq Elçin pulun qalanını vermədi. Mən də onu məhkəməyə vermişəm. Məhkəmə qərar çıxarıb ki, Elçin mənə dəymiş ziyanı ödəsin. Ancaq qərar icra olunmur. Mən çalışırdım ki, pulu qaytarım. Ancaq həbs edildiyim üçün imkan olmadı”.

Proses noyabrın 10-da davam edəcək.

İttihama görə, Tərlan Comərdov və Alim İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Tərlan Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün bu ilin avqust ayında 9 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. O, ifadəsində bildirib ki, özünü vəzifəli şəxs kimi təqdim edən Alim İbrahimov dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib.

Cinayət işində 10-dan çox zərərçəkmiş var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ləvənginin içindən qurd çıxdı - Bakıda - VİDEO

22 İyul 2017 20:57

Qızıl bazarında durğunluq yaşanır - QİYMƏTLƏR - VİDEO

22 İyul 2017 20:57

Tullantı təkərlərini sənət əsərinə çevrir - VİDEO

22 İyul 2017 20:57

Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb - VİDEO

22 İyul 2017 20:57

Bakıda yeniyetmlərdən ibarət quldur dəstəsi saxlanıldı

22 İyul 2017 20:53

Türkiyə və Almaniya XİN rəhbərləri arasında telefon danışığı olub

22 İyul 2017 20:50

Əziz həmkarlar, məhəlləmizə daş atmayın! - Aqil Ələsgər yazır

22 İyul 2017 20:49

Soyuqdəymənin qarşısını necə almalı?

22 İyul 2017 20:47

Taliban silahlıları azı 70 nəfər əsir götürüblər, 7 nəfər öldürülüb

22 İyul 2017 20:47

Osmanllı Quranının dəqiq yeri məlumdur?

22 İyul 2017 20:42

Ərəb şeyxindən 222 milyon avroluq təklif

22 İyul 2017 20:34

Xalq artistinə AĞIR İTKİ

22 İyul 2017 20:33

Eşlinin yeni kolleksiyası - FOTO

22 İyul 2017 20:32

Soçi görüşü: Bakı və Moskvanın strateji tərəfdaşlığında yeni mərhələ

22 İyul 2017 20:23

Quranın elmi möcüzələri

22 İyul 2017 20:22

Bolqarıstan KİV-də Azərbaycan Milli Mətbuat Günü münasibətilə məqalə dərc edilib

22 İyul 2017 20:22

Masallıda VAZ aşıb, sürücü yaralanıb

22 İyul 2017 20:17

Hemodializin risk faktorları

22 İyul 2017 20:17

Xəstəliklərin qənimi olan möcüzəli dərman

22 İyul 2017 20:12

“Ya əraziləri QAYTAR, ya da…”, müharibənin mümkün SSENARİSİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

22 İyul 2017 20:08

“Bəyəm toyda qonaqlar dava salanda bəyi tuturlar ki, bunları sən çağırmısan?” - Vəkil

22 İyul 2017 20:05

Şamaxıda sahibsiz itlər insanlara hücum çəkir - VİDEO

22 İyul 2017 20:05

Voleybolu sevdirən gözəl - FOTO

22 İyul 2017 20:05

Çirkab suların çaya axıdılması Cəlilabad sakinlərini narahat edir - VİDEO

22 İyul 2017 20:05

PSJ-dən Neymara futbol tarixində görünməmiş təklif

22 İyul 2017 19:57

Azərbaycanlı gəlin namizəd:

22 İyul 2017 19:56

Ankara-Berlin əlaqələri müzakirə edilib

22 İyul 2017 19:54

Bakıda ilk balıq bazarı yaradılacaq

22 İyul 2017 19:52

Yüksək sürət "VAZ"ın sürücüsünü xəstəxanalıq etdi

22 İyul 2017 19:49

598 dolları olmayan bu ölkəyə gedə bilməyəcək

22 İyul 2017 19:47

Haqla batil arasında 4 barmaq fasiləsi

22 İyul 2017 19:47

Sankt-Peterburq şəhərinə qar yağıb

22 İyul 2017 19:47

Bəşəriyyətin ən böyük bəlası

22 İyul 2017 19:47

Keçmiş məhkumdan yarım kilo tiryək götürüldü

22 İyul 2017 19:44

Yayda ən gəlirli biznes sahələri

22 İyul 2017 19:42

2 saatda 5 dolları necə 650 dollar etmək olar?

22 İyul 2017 19:42

Namaz haqda maraqlı faktlar

22 İyul 2017 19:42

Zərdabinin ölümü və dəfni haqqında bilmədiklərimiz - Sabirin təklifi, ermənin hiyləsi...

22 İyul 2017 19:37

Qətər Körfəz ölkələrilə böhranın həllinə çağırır

22 İyul 2017 19:37

Şabrana istirahətə gedən ailəi qəzaya düşdü: 3-ü uşaq olmaqla 6 nəfər yaralanıb - YENİLƏNİB

22 İyul 2017 19:32

Sadə, ehtiraslı FOTOlar

22 İyul 2017 19:32

I və IV qrupların imtahanlarındakı testlərin düzgün cavablarını açıqlandı

22 İyul 2017 19:32

Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü

22 İyul 2017 19:27

Sabunçuda çay evlərini talayan şəxs ələ keçdi

22 İyul 2017 19:24

Dini zəmanəyə uyğunlaşdırmaq olarmı?

22 İyul 2017 19:22

Taksi sürücüsündən qıza 40 manat qarşılığında əxlaqsız təklif -

22 İyul 2017 19:19

Böyrək səbəbli arterial təzyiq

22 İyul 2017 19:17

Ürək -damar sisteminə faydalı olan içkilər

22 İyul 2017 19:12

Lent.az-ın layihələrindən daha biri kitab oldu: “Kod adı: “REY””

22 İyul 2017 19:09

Premyer Liqada transfer rekordu qırıldı

22 İyul 2017 19:07