Futbola baxmağa gəlmişdi, həbs etdilər - FOTO

Futbola baxmağa gəlmişdi, həbs etdilər - FOTO
15:43 2 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçirilən “Beşiktaş” – “Napoli” matçı xoşagəlməz hadisə ilə yadda qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı azarkeşlər oyundan əvvəl xuliqanlıq ediblər. Bir qrup “Napoli” fanatı stadiona gedərkən metro stansiyasına giriş haqqını ödəmədən turniketlərin üzərindən tullanmağa cəhd edib. Nəticədə metrodakı mühafizə xidmətinin əməkdaşları onlara müdaxilə etməli olub. Azarkeşlərdən biri onların üzərinə pivə qabı atıb ki, bu, bir mühafizəçinin yaralanmasına səbəb olub. Həmin fanat isə dərhal polislər tərəfindən saxlanılaraq, bölməyə aparılıb. Respubklika Prokurorluğunun təlimatı ilə həmin şəxs barəsində cinayət işi açılıb.

Bununla kifayətlənməyən italyanlar “Beşiktaş” azarkeşləri ilə də dalaşıblar. Bu hadisə isə stadionun yaxınlığındakı metronun çıxışında baş verib. Azarkeşlər arasında sözlü atışma əlbəyaxa davaya çevrilib və bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, dünən keçirilən “Beşiktaş” – “Napoli” matçı 1:1 hesabı ilə nəticələnib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR