“Azərişıq”dan Tolikin ittihamlarına cavab

“Azərişıq”dan Tolikin ittihamlarına cavab
15:46 2 Noyabr 2016
607 Şou
Ölkə mətbuatı
A- A+

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti prodüser Tolikin (Tarix Əliyev) ittihamlarına aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən quruma Tarix Əliyev adında abonentin şikayəti daxil olmayıb:

“Əvvəla, Tolikin yaşadığı evi mübarək olsun. Ancaq yaşadığı evin ünvanını da desin, biz bilək ki, həftədə 3 dəfə işıqları kəsilən yer haradır. Tolikin harada yaşadığını bilsək, işıqların kəsilmə səbəbini də araşdırarıq. Bəlkə heç Tolikin mənzilində işıq yoxdur? Bir də Tolik kimə müraciət edib?”

T.Mustafayev hazırda Xırdalanın bütün ərazisində işıqların yandığını və bununla bağlı heç bir problemin olmadığını vurğulayıb.

Qeyd edək ki, prodüser Tolik (Tarix Əliyev) “Azərişıq” ASC-dən şikayətçi olduğunu dilə gətirib. O, Xırdalanda həftə ərzində işıqların 3 dəfə kəsildiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR