Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amerika Almaniyada xilafət yaratdı – ŞOK VİDEO

Amerika Almaniyada xilafət yaratdı – ŞOK VİDEO

Date: 2 November 2016 15:58

“Almaniya islam dövləti” haqqında videoçarx alman KİV-ində sərt reaksiya doğurub.

Publika.az xəbər verir ki, videoda Almaniyanın müsəlmanların hakimiyyəti altında olacağı halda baş verəcək hadisələr yer alıb.

Amerikanın mühafizəkar qeyri-kommersiya qrupu olan “Secure America Now” tərəfindən yaradılan videoçarxda, xüsusi halda, Brandenburq qapıları kimi Almaniyanın görməli yerləri təsvir edilib və onlarda İŞİD-in bayrağı asılıb. Videoçarxın müəllifləri “Oktoberfest” festivalından da yan keçməyiblər. “Secure America Now” versiyasına görə, tədbirdə spirtli içkilər qadağan ediləcək.

“Stern” nəşri videonu absurd" adlandırıb. Məqalənin müəllifi hesab edir ki, video ilə ABŞ-dakı seçkilərin arasında əlaqə var. “Video ilə ABŞ-dakı seçicilərin əhval-ruhiyyəsinə təsir etmək istəyirlər”, - məqalənin müəllifi əmindir.

“Huffington Post” nəşri də həmçinin videoçarxı ABŞ-dakı seçki ilə bağlayıb. Material müəllifinin fikrincə, videonu yaradanların Respublikaçılar Partiyası ilə əlaqəsi var. Onun sözlərinə görə, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın tərəfdarları yaxın gələcəkdə Almaniyanı belə təsəvvür edir: aypara ilə Köln kilsəsi, ərəb yazıları ilə və əlbəttə ki, donuz əti və spirtli içkilərsiz “Oktoberfest”.

Almaniyanın “Bild” nəşri də hesab edir ki, Tramp seçkiqabağı mübarizə üçün qəribə və qorxunc videodan istifadə edir. Nəşr bildirir ki, videoçarxın əsas mesajı budur: “Cəsur cihadçılar Almaniyanı fəth etməyi və xəlifəni genişləndirməyi bacardı. ABŞ, ehtiyat ol!”

Hələ ötən il Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal Agentliyinin hazırladığı hesabata görə, ölkədə radikal islamçıların sayı sürətlə artır və onlar ölkə ərazisində “İslam dövləti” qurmaq istəyirlər.

“Almaniyada sələfilərin icması durmadan artır. Bütün bunlar cihad üçün daha münbit mühit yaradır. Sələfilər Almaniyada İslam dövləti qurmaq istəyir” – deyə agentliyin rəhbəri Hans-Georq Maasen bildirirdi.

Son məlumatlara görə, Almaniyada 7,3 min radikal müsəlman var. Sələfilərin məskəni əsasən Şimali Reyn-Vestfaliya, Berlin və Hessen şəhərləridir. Radikalların 12 faizi islama başqa dinlərdən keçib, 90 faizinin Almaniya vətəndaşlığı var.

Ömər Dağlı


Tags:  Amerika Almaniyada xilafət yaratdı ŞOK VİDEO

RƏYLƏR


Top news