Rusiya prezidenti Vladimir Putinin heyranı olan
braziliyalı gözəl Suzi Kortez Kremldə vəzifə almaq üçün kifayət
qədər pul qazandığı modellik sənətindən vəz keçə biləcəyini
açıqlayıb.
Publika.az xəbər verir ki, braziliyalı gözəl Rusiya
vətəndaşı olmaq istədiyini də açıqlayıb: “Rusiya vətəndaşı olmaq
istəyirəm. Əslində, hüquq fakültəsini bitirmişəm və Rusiya
hökumətində yer almaq üçün modellik karyeramdan də imtina etməyə
hazıram”.
S.Kortez 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya
çempionatında iştirak etmək istədiyini bildirib. O, çempionatda
Braziliyaya yox, Rusiyaya azarkeşlik edəcək.
Asif