Elmar Məmmədyarov Misir prezidenti ilə görüşdü

Elmar Məmmədyarov Misir prezidenti ilə görüşdü
16:05 2 Noyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfəri çərçivəsində prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırıb.

Prezident Əbdül Fəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirib və İslam həmrəyliyinin vacibliyini qeyd edib. Görüşdə İslam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olunub.

E.Məmmədyarov gələn il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət edib. Nazir ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələr barədə danışıb.

Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub, enerji sahəsində SOCAR ilə EGPC arasında qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirilib və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olunub.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR