Zeynəb: "Hamımız piyada kimi doğuluruq" - FOTO

Zeynəb: "Hamımız piyada kimi doğuluruq" - FOTO
16:05 2 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycanın tanınmış şahmatçısı Zeynəb Məmmədyarovanın azvision.az-a müsahibəsini təqdim edir:

- Həm şahmatçı, həm də bələdiyyə sədrinin müavinisiz. İki iş bir yerdə çətin deyil? 

- Bu işlərin hər biri ayrılıqda çətindir. Həm professional şahmatda qala bilmək, həm də sumqayıtlılara bələdiyyə vasitəsilə xidmət etmək çox gözəl bir duyğudur. Bu dövrdə bələdiyyənin işləri bir az çətindir. Ona görə də şahmata daha az vaxt ayırıram. Lakin mümkün qədər çalışıram ki, vətənimiz Azərbaycanı dünyada layiqincə təmsil edim, həm də bələdiyyə vasitəsilə xalqımıza əlimdən gələn xidməti göstərim. Bunun üçün bələdiyyə mənim üçün yaxşı fürsətdir.

- Ölkədə bələdiyyələrin fəaliyyəti ürəkaçan deyil. Sizcə, hansı islahatlar həyata keçirilməlidir?

- Hesab edirəm ki, bələdiyyələrə yeni nəfəs lazımdır. Gənclərə daha çox yer verilməlidir. Bələdiyyə verginin və torpağın üzərində qurulmuş orqandır. Vergidən isə qaçmaq olmaz. Dünyanın başqa ölkələrində olduğu kimi bələdiyyələrə maraq oyatmaq lazımdır. Bələdiyyə orqanları idman sahəsində də aktiv iştirak etməlidir. Turnirlər, yarışlar keçirməlidir. Bir dəfə türk ölkələri bələdiyələrinin konfransında belə bir təklif irəli sürdüm və konfransda Türk ölkələri Bələdiyyə Birliyinin başkan yardımçısı bu məsələyə müsbət yanaşdı və bu təklifin həyata keçməsinə razılıq verdi. Lakin hələ də bu istiqamətdə işə başlamaq üçün bələdiyyələrimizin maddi vəziyyəti uyğun deyil.

- Necə oldu ki, sizdə şahmata maraq yarandı? 

- Şahmata 10 yaşımda başlamışam. Beynəlxalq yarışlara çox gec qoşulmuşam. Hər gün 8-10 saat şahmatla məşğul olurduq. Hətta elə olurdu ki, qardaşımla yuxuda şahmat oynayırdıq. Yuxuda olsaq da, elə düşünürdük ki, bir-birimizi eşidirik. Səhər duranda heç nə yadımıza gəlmirdi. 

- Maraqlıdır nə üçün Zeynəb xanım bələdiyyə orqanında işləməyi seçdi? 

-2006-cı ildə övladım Elton dünyaya gəldi. Onun qırx gününün çıxmasını gözləyirdim. Şahmat oynamadan dayana bilmirdim. Birinci həyat yoldaşımın imkanı yaxşı olduğu üçün beynəlxalq turnirlərə qatıla bilirdim. Elə oldu ki, həyatımda prioritet övladım oldu. Hətta elə olurdu ki, yarışların tez bitməsini arzulayırdım ki, evə tez qayıdım. Övladımı görmək üçün darıxırdım. Beləliklə şahmata nisbətən az zaman ayırmağa başladım. Sonra istədim ki, yaşadığım Sumqayıtda bələdiyyəyə üzv olum və ətrafımızdakı insanlara daha çox yararlı olum. Artıq 3 ildirki Sumqayıt şəhər bələdiyyəsində sədr müavini vəzifəsini icra edirəm və düşünürəm ki, nəinki işimin öhdəsindən gəlməyi bacarıram, hətta daha çox iş görməyə qadirəm.

- Neçə övladınız var? 

-Üç övladım var. Böyük övladım Eltonun 10 yaşı var. Birinci həyat yoldaşım Gülağa Qəmbərovun (Tanınmış iş adamı Gülağa Tənha-red) oğludur. Digər oğlum Yusif və qızım Nursina isə 2-ci evliliyimdəndir. 

- Gülağa Qəmbərov (Tənha) ilə ailə həyatınız nə qədər davam etdi? 

- Çox az. Təqribən 1il 6 ay. 

Gülağa bəylə necə tanış olmuşdunuz? 

- Gülağa Qəmbərov xeyiriyyəçi idi. O, şahmatla bağlı xeyriyyə işi görmək istəyirdi. Müsahibələrinin birində demişdi ki, Məmmədyarovlar ailəsinə yardım etmək istəyir. Belə tanış olduq. 

- Uzun müddətdir ayrılmısız. Övladınız üçün aliment alırsızmı? 

- Çox şükürlər olsun ki, bizim ailə şahmat dünyasında öz sözünü demiş və hörmət qazanmış ailədir. Bizim ailənin gəliri demək olar ki, şahmatla bağlıdır. Ancaq mütləq qeyd etməliyəm ki,ölkəmizdə idmana və idmançılara göstərilən yüksək qayğı nəticəsində möhtərəm Prezidentimiz İlham Əliyev bizi dəfələrlə qəbul etmiş və maddi, mənəvi dəstək olmuşdur. Bu səbəblərdən maddi vəziyyətimiz qaneedicidir və mən Gülağa Qəmbərovdan (Tənha) heç bir ailment tələb etməmişəm. 

- Elton kimin soyadını daşıyır? 

- Əlbəttə ki, atasının. 

- Atası üçün darıxır? 

- Elton sevgi və qayğı içində böyüyüb. Düşünürəm ki, mənəvi dünyası çox zəngin uşaqdır. Dərslərini də yaxşı oxuyur. Lakin hər bir övlada ana nəvazişi ehtiyac olduğu kimi ata qayğısı da zəruridir. Elton çalışır bunu mənə hiss etdirməsin. Ara-sıra verdiyi suallar darıxdığının işarəsidir.

- Ümumiyyətlə, övladlarınızda şahmata maraq varmı? 

- Böyük oğlum Eltonda maraq var. Zehninin inkişafı üçün məşğul olur. 

- Onların şahmatçı olmasını istərdinzmi? 

- İstəyərdim.Çünki dünyada hələ şahmatın kiməsə ziyan vurduğunu görməmişəm. Eyni zamanda şahmat beynin gimnastikasıdır və hər bir insana həyat yolunda uğur gətirər.

- Yaxşı şahmatçı olmaq istedad, yoxsa zəhmət tələb edir? 

- Şahmat bir mübarizədir. Qədim insanların heyvanlarla mübarizəsi dövründə yaranmış idman növüdür. Şahmatçılar bilmədən siyasətlə məşğul olurlar. Bizim kimi qrossmeysterlərin gedişinin bir neçə mənası ola bilər. Yəni zehnimiz fərqli yolları axtarıb tapa bilir. Buna görə də istedad labüddür. Amma bu idman növü böyük zəhmət tələb edir. 

- Qeyd etdiniz ki, prezidentlə görüşləriniz olub. Heç bu görüşlər zamanı şahmat oynamısınızmı? 

- Xeyr, oynamamışam. Amma görüşlərin birində prezident İlham Əliyevə şahmat hədiyyə etmişik. Prezident hər dəfə görüşəndə bizdən hal-əhval tutur. Hətta sentyabr ayının 27-də cənab Prezidentimiz İlham Əliyevlə Sumqayıt səfərində yeni tikilmiş möhtəşəm şahmat məktəbinin açılışında görüşdük və o, bizə üzünü tutub gülümsəyərək dedi ki, "Mən də sizin şəhərə gəldim". Mən isə cavabımda "Yolunuzu hər zaman gözləyirik" dedim. Çünki biz Prezidentimizlə hər zaman Bakıda görüşmüşdük. İlk dəfə idi ki, Sumqayıtda görüşürdük.

- Şahmat rasional düşüncə tələb edən idman növüdür. Həmin insanlar üçün sevgi fərqli anlam daşıya bilər. Sizin üçün sevgi nə deməkdir? 

- Bir qadın olaraq mənim üçün övladlarıma olan sevgi hər şeydən üstündür. Xarakterli və iradəli insanam. Ətrafımda olacağ insanları özüm seçirəm. Mümkün qədər həyatımda uzun zaman qalmayacaq insanlardan tez zamanda uzaqlaşmağa üstünlük verirəm. Həyat bunu göstərir ki, bir-birindən dünya görüşü fərqli olan insanların bir arada qalması mümkün olmur. Zaman dəyərlidir və buna görə də belə insanlardan tez uzaqlaşmaq azımdır.

- Kişilər ağıllı qadınlarla yola gedə bilmirlər... 

- Bir kişinin yanındakı qadın o kişinin səviyyəsi deməkdir. Buna görə də seçim kişilərindir.

- Şahmat dili ilə desək, həyatınızın "şah"ı kimdir? 

- Atam. O, gecələri yatmazdı. Atamın üç tələbəsi olub, üçü də qrossmeysterdir. O insan qarşısında hədəf qoymuşdu ki, Azərbaycanda şahmat oyununu inkişaf etdirəcək. Biz məktəbə gedəndə ikirəqəmli ədədləri vura bilirdik. Təəssüf ki, hələ də atama bir məşqçi kimi ad verilməyib. Bu yaxınlarda bununla bağlı qardaşım Şəhriyar Məmmədyarov, bacım Türkan Məmmədyarova və öz adımdan cənab prezidentimizə müraciət etmişik. 

- Şahın üstünə piyada ilə getmək necə taktikadır? 

- Şahın üstünə piyada ilə getmək əla taktikadır. Həyatda piyada kimi doğuluruq. Hamımızın şah olmaq imkanımız var. Piyada doğulsam da, daim irəli getmək haqqında düşünürəm. Mən şahmatın sayəsində həyatımda nə vaxt hansı gedişləri etməyin vaxtını bilirəm. Əgər mənim piyadam yolun sonuna çatar və o vəziyyətdə mənə top lazım olarsa, mən piyadamı vəzirə deyil, topa çevirirəm. Çünki, o vəziyyətdə piyada vəzirə çevrilərsə, rəqib şah mat olmayacaq və oyunu qazana bilməyəcəyəm.

- Azərbaycanda ən yaxşı qadın şamhatçı kimdir? 

- Əlbəttdə, mən (gülür)

- Bəs Aynur Sofiyeva? 

- Aynur xanımla şahmat oynamamışam. Oynasaq zənnimcə, mən qalib gələ bilərəm. Çünki Aynur xanım uzun zamandır şahmatdan uzaqlaşıb. Şahmat zehni oyundur və müəyyən zaman fasilədən sonra bu idman növü ilə məşğul olmaq çətinləşir. Aynur xanım yüksək insani keyfiyyətlərə sahib qadındır. Onun insanlığı, qadınlığı, analığı şahmatda əldə etdiyi nəticələrdən qat-qat yuxarıdır. 

- İstər şahmat, istərsə də digər idman növləri ilə məşğul olan şəxslər müəyyən uğur qazandıqdan sonra vəzifə tutmağa meyilli olurlar. Bu nədən qaynaqlanır? 

- Bu, bütün dünyada belədir. Məsələn, mənim müxtəlif ölkələrdən şahmatçı dostlarım var və onların biri Latviyada iqtisadiyyat naziri, digəri isə Serbiyada idman naziridir. Digərləri də müxtəlif yüksək vəzifələrdə çalışırlar. İdmançılar dünyanın hər yerində yüksək qiymətləndirilir. Dünyada bir prezidentlər, bir də idmançılar üçün bayraq qalxır. İdmançılar sülhsevər insanlardır. 

- İdmançıya elm xadimindən yüksək qiymət verilirsə, bu ədalətsizlikdir?

- Həmişə düzgünlük tərəfdarı olmuşam. Baxır, hansı elm sahibinə qiymət verilir. Sözsüz ki, dünyaca məşhur elm xadimlərimiz var və onların qazancı heç də məşhur idmançılardan geri qalmır. Amma nəzərə almaq lazımdır ki, bizdə olimpiya çempionunun, dünya çempionlarının Azərbaycan adından dünyaya verdiyi töhfələri daha yüksəkdir.

- Şahmat fəlsəfi oyundur. Sizin fəlsəfə elminə marağınız hansı səviyyədədir? 

- Fəlsəfəyə münasibətim əladır. 

- Əsasən, hansı filosofları oxuyursunuz? 

- Konkret filosofları sadalamaq istəmirəm. Amma ümumilikdə fəlsəfi fikirləri sevənəm. Sözümü filosofların fikri ilə çatdırmağı sevirəm. O zaman qarşımdakı insanlar məndən daha az inciyir.

- Rasional düşüncəli insanlar adətən ateist olur. Bəs siz? 

- Mən həddindən artıq Allaha inanan insanam. Həyatımda hər şeyi Allahın etdiyini düşünürəm. Nəinki düşünürəm, hətta bunun sübutunu da görürəm. Əsasən yəhudi şahmatçılar ateist olur. Hesab edirəm ki, İslam dini nə vaxtsa inkişafının zirvəsinə çatacaq. Bu həyat bizlər üçün bir sınaq, imtahandır. Sözsüz ki, əsas keyfiyyət vicdanlı olmağı bacarmaqdır. Hər kəsin vicdanı var, ancaq hər kəs vicdanını ayrı səviyyədə yükləyir. Mümkün qədər yükümü az saxlamağa çalışıram.

- Bəzən belə fikirlər olur ki, Gülağa Qəmbərovun (Tənha) şeirlərini özü yazmır, kimlərsə yazır. Bu doğrudurmu?

- Çox adam belə hesab edir ki, Gülağa Qəmbərov (Tənha) şeirləri kiməsə yazdırır. Amma belə deyil. O, şeirlərini özü yazırdı. Bir neçə dəfə mənim yanımda şeir yazıb. İstedadlı insandır. 

- Nəyəsə peşman olmusunuz? 

- Heç vaxt peşman olmamışam. Yəni peşman olmaq mənə yad xüsusiyyətdir. Qeyd etdiyim kimi insan vicdanıyla hərəkət edərsə, peşman olmaz. Birdəki hər zaman insanın qarşısına yol ayrıcları çıxır. Seçimi biz özümüz edirik.Ya peşmançılığı seçirik, ya da digər yollardan birini.

- Azad xanımsınız? 

- Həddindən artıq müstəqiləm. Atam məni əzimkar, iradəli böyüdüb. Qərarlarımı özüm verirəm. 

- Özünüzdən razısınız? 

- Daha doğrusu özümə bacarığıma və ağlıma güvənən bir insanam.

- Ailənizdə şahmatı ən yaxşı kim oynayır? 

- Qardaşım Şəhriyar Məmmədyarov. O, dünyanın ən yaxşı dördüncü şahmatçısı olub və hal-hazırda da dünyanın top 10-da olan elitar şahmatçımızdır. Dünyada qalib gəlmədiyi şahmatçı yoxdur. 

-Qardaşınızla xasiyyətinz eynidir?

- O, daha çox uduzmağı sevmir, mən isə nisbətən daha rahat uduzmaqla barışıram. Qardaşım uşaqlıqda uduzmamaq üçün cığallıq edərdi. Yəqin ki, bu xüsusiyyəti onu şahmatda daha irəli apardı. 

- Şəhriyar sizinlə birlikdə qalır? 

- Bəli, qardaşım bizimlə qalır. Bacım, qardaşım, atam bir evdə yaşayırıq. 

- Çətinizlik üzləşirsinizmi?

- İndiyə kimi çətinlik nədir, görməmişəm. 

- Bəs, sizin üçün çətinlik nədir? 

- Çıxış yolu tapa bilməmək. 

- Nə vaxtsa intihar haqda düşünmüsünüzmü?

- Allaha həddindən artıq inandığıma görə heç vaxt bu yola əl atmaram. Tək qalsam belə, bu, mənim üçün intihara səbəb ola bilməz. Allah necə istəyərsə, nə məsləhət bilirsə, elə də yaşayaram. 

- Qardaşınızı şahmatda məğlub edə bilmisiniz?

- Bəli olub. Şahmata təzə başlayanda ailəmizdə ilk ən yüksək nəticəni mən göstərmişəm. O zaman 12 yaşlı qızlar arasında Fransada keçirilən Avropa çempionatında yarışda iştirak etdim və yüksək yer tutdum. Söhbət 1995-ci ildən gedir. O zamanlar Şəhriyardan güclü idim. Lakin Şəhriyar dünya səviyyəsində şahmatçı olduqdan sonra onunla rəqabət aparmaq nəinki mənə, dünyada heç bir qadına müvəffəq olmayıb. Ən yaxşı halda heç-heçe edə bilərik.

- Hamı Teymur Rəcəbovu qapalı insan kimi tanıyır. Ona münasibətiniz necədir? 

- Onunla çox yaxşı əlaqələrimiz var. Yoldaşı Elnarə ilə münasibətim lap əladır. Teymur bir az qapalı insandır. İnsan nə qədər ünsiyyətdən uzaq olur, onu yaxından tanımaq çətin olur və bu da rəqibərin tanımadığı bir rəqibdən çəkinməsinə səbəbdir. Ancaq uzun illərdirki milli komanda olaraq çox yarışlarda birgə səfərlərimiz olub və artıq bir-birimizi yaxşı tanıyırıq və dostca hörmətimiz var.

- Vüqar Həşimovu necə xatırlayırsınız?

- Vüqar əla insan idi. Onunla bağlı çox xatirələrim var. Qardaşımla həmyaşıd idi. Vüqarla çox yarışlara qatılmışam. Mehriban və gülərüz oğlan idi. Vüqarın atası hərbçi olub. Ciddi rejim sayəsində övladları uğur qazanıb. Bu ciddiliyə baxmayaraq, Vüqarın üzü həmişə gülərdi. Bu, Allah vergisi idi. Mənim maşınımda hələ də onun şəkili var. Vüqar bu dünyada iz qoyub getdi. Azərbaycan şahmatında ən böyük nəticə onun adı ilə bağlıdır. Çox mübariz insan idi. Xəstəliyinə görə yarışlarda ara-sıra əziyyət çəkərdi. Onu nə unutmaq mümkündür, nə də sevməmək... 

- Belə deyirlər ki, əsl həyat insan öləndən sonra başlayır.

- Doğrudur, mənim üçün əsl həyat insan öləndən sonra başlayır. Ona görə də çalışıram ki, bu həyatda səhvlər etməyim. Axirətə inanıram. 

- Sizin üçün xoşbəxtlik nədir? 

- Övladlarım mənim xoşbəxtliyimdir. 

- İstənilən ölkədə aşağı, orta və yuxarı təbəqəli insanlar olur. Siz özünüzü hansı təbəqədə görürsünüz?

- Orta təbəqə. 

- Dünyanın müxtəlif ölkələrində olmusunuz. Azərbaycan insanının çatışmazlığı nələrdir? 

- Əsas çatışmazlıq təhsilə marağa bağlıdır. Vətəndaşlarımızın təhsilə maraq səviyyəsi qalxsa, düşüncə tərzimiz düzələr. Paxıllıq, qeybət etmək yerinə yeni bir ideya yaratmağa zaman ayırarıq. Dövlətdən nəsə ummaq əvəzinə, dövlət üçün çalışarıq. Yaşayıb yaratmaq lazımdır, yaşayıb ölmək deyil.

- Övladınız hansı məktəbdə təhsil alır? 

- Mənim fikrimcə, yaxşı məktəbdə, universitetdə oxumaq yaxşı təhsil almaq anlamına gəlmir. Təhsil evin içində olur. Əgər kitab, mənbə varsa, onu Avropada da oxuya bilərsən, Bakıda da. Mənim övaladım Sumqayıtda orta məktəblərin birində təhsil alır. 

- Ata yurdunuz Zəngilanı necə xatırlayırsınız? 

- Zəngilanı tez-tez yuxuda görürəm. Hər il 25 mayı gözləyirdik ki, dərslər bitsin və Zəngilana gedək. Rayon işğal olunana qədər hər ilin 3 ayını Zəngilanda keçirirdim. Körpəliyimdə bir il nənəmlə birlikdə yaşamışam. Kənd həyatına bağlı insanam. Qanadım olsa, uça-uça Zəngilana gedərəm. 

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Spirtli içkilər mikroskop altında necə görünür? ALİMLƏRDƏM MARAQLI GÖSTƏRİ

20 Avqust 2017 10:03

Hindistanda 360-dan çox insan daşqınların qurbanı olub

20 Avqust 2017 09:52

Fatimə saç düzümünü dəyişdi, Aygünə bənzədildi - FOTOLAR

20 Avqust 2017 09:43

Müdafiə nazirliyi bəyanat yaydı

20 Avqust 2017 09:39

Erməni silahlı qüvvələri atəşkəsi 127 dəfə pozub

20 Avqust 2017 09:37

İspaniyadakı terror aktının əsas təşkilatçısı Ripol şəhərinin imamı olub

20 Avqust 2017 09:23

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı

20 Avqust 2017 09:03

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək

20 Avqust 2017 08:57

Gələn həftədən “Sahil” metro stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq

20 Avqust 2017 08:33

Ən böyük loğman - ARI

20 Avqust 2017 08:03

Putin Netanyahu ilə görüşəcək

20 Avqust 2017 07:49

Oftalmoloq Aytən Sultanova: Sağlam gözlərdə göz təzyiqinin olması patoloji hal deyil

20 Avqust 2017 07:33

Yəhudilərə İspaniyanı tərk etmək çağırığı

20 Avqust 2017 07:09

Yüksək maaş verilən ölkələr - SİYAHI

20 Avqust 2017 07:03

Xərçəngin ilkin əlamətlərindən əvvəl onu aşkar etməyə imkan verən test hazırlandı

20 Avqust 2017 06:33

ABŞ-da mitinqdə 27 nəfər saxlanıldı

20 Avqust 2017 06:24

Ağdaşda 6 otaqlı ev yandı

20 Avqust 2017 06:09

SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər

20 Avqust 2017 06:03

Yupiterin əvvəllər görünməmiş fotoları nümayiş olundu - FOTOLAR

20 Avqust 2017 05:33

Peterburqda maşın izdihama çırpıldı: ölən və yaralananlar var

20 Avqust 2017 05:04

Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT

20 Avqust 2017 05:03

Kral 400 terrorçunu əfv etdi

20 Avqust 2017 04:49

“Facebook”da yeni reklam növü tətbiq olunacaq

20 Avqust 2017 04:33

"KamAZ" və ev yandı

20 Avqust 2017 04:19

İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI

20 Avqust 2017 04:03

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

20 Avqust 2017 03:19

Bakı "İnter"ində futbolçuların maaşları ödənilib

20 Avqust 2017 03:17

Könül Xasıyevaya qarşı dələduzluq

20 Avqust 2017 03:08

Adriana ilə türk sevgilisi bu hala qaldılar - FOTOLAR

20 Avqust 2017 02:58

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38