Çingiz Abdullayev yeni vəzifədə - FOTO

Çingiz Abdullayev yeni vəzifədə - FOTO
16:22 2 Noyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik Yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

İctimai Nəzarət Koalisiyasının Analitik İnformasiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, genişləndirilmiş iclasda DAMM İB-nin İdarə Heyətinin üzvləri, təşkilatın rəhbər strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edib.

Toplantıda konfransdan hazırlanmış qısa video-filmə baxış olub. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyəti, eyni zamanda görülən işlər barədə geniş məlumat verib. R.Məmmədov onu da xatırladıb ki, İdarə Heyətinin fövqəladə iclasını keçirməkdə əsas məqsəd ümumi Konfransın qərarını yerinə yetirmək, DAMM İB-yə yeni prezident və I vitse-prezidentini seçməkdir.

SOnda İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dedektiv əsərlərin dünya şöhrətli müəllifi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai xadimlər Hacı Quliyev Rəhilə Həsrətova isə vitse-prezidentlər seçiliblər.

DAMM İB-nin yeni prezidenti, AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycanın mədəniyyət tarixindən, diaspor hərəkatından, həmçinin dünyada tanınmağımızda bu yöndəki fəaliyyətlərdən söz açıb. Tanınmış yazıçı onu da bildirib ki, DAMM öz fəaliyyətini gücləndirərək xarici ölkələrlə mövcud mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Sonda tanınmış incəsənət nümayəndələri musiqi proqramı ilə çıxış ediblər.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR