"Cizgi filmi çəkmək istəyirdik, 1 milyon pul istədilər" - Psixoloq

"Cizgi filmi çəkmək istəyirdik, 1 milyon pul istədilər" - Psixoloq
16:32 2 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda müasir, etno-psixoloji amilləri özündə əks etdirən nağılların yazılmasına, cizgi filmlərin çəkilməsinə ehtiyac var.

Milli.Az bildirir ki, bunu azvision.az-a Narınc Uşaq Psixologiya Mərkəzinin direktoru, psixoloq Narınc Rüstəmova deyib. Psixoloq cizgi film çəkmək istədiklərini və maliyyənin çox olması səbəbindən bundan imtina etdiklərini qeyd edib. 

"Cizgi filminin bazarı ilə bağlı araşdırmalar aparırıq. Etno-psixoloji gözəl cizgi filmi hazırlamışdıq və onun çəkimini istəyirdik. Azərbaycanda belə cizgi filmləri çəkilmir. İsveçdə bizə 1 milyon qiymət oxudular. Cizgi filmi bazarı çox bahalıdır və ancaq dövlət dəstəyi olmalıdır. Yaxşı olardı ki, cizgi filmləri etno-psixoloji amilləri daşıyaraq uşaqlara təbliğ olunsun. Uşaqlar adət-ənənələrimizi, qaydalarımızı oyun şəkilində cizgi filmində daha gözəl öyrənərlər. Xarici dildə cizgi filmlərinə baxanda artıq onlar dilləri qarışdıracaqlar. Bununla uşaqlar həm dil problemi yaşayır, həm də nitqin inkişafı zamanı dilləri darışdırırlar. Eyni zamanda həmin cizgi filmlərində uyğun olmayan nüanslar var ki, bu dəyərlər Azərbaycanda formalaşmayıb. Sağlam vətəndaş formalaşdırmaq istəyiriksə, kiçik yaşlarından bunu uşaqların beyninə cizgi filmləri ilə aşılaya bilərik". 

N.Rüstəmova cizgi filmləri ilə yanaşı, uşaqlar üçün müasir dövrə uyğun nağılların dərc edilməsinin əhəmiyyətli olduğunu söyləyib: "Biz cizgi filmini çəkə bilmədik, lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə nağıl kitabını hazırlayırıq. Bunlar psixoloji nağıllardır, valideyn o nağılları oxuyaraq uşağın psixoloji durumunu korreksiyə edə, ondakı qorxunu analiz edə, ata-ana obrazını anlaya biləcək. Biz bunun cizgi filmini çəkə bilmədik, çünki böyük maliyyəmiz yoxdur. Təhsil Nazirliyi son bir ildə uşaq nağıl kitablarının çapını genişləndirir. Arzulayardıq ki, burada psixoloq və pedoqoqların rəyi alınsın. Gözəl nağıllar qurulsun. Etiraf edək ki, artıq Tık-Tık xanım aktual deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR