Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

13 il axtarışda olmuş şəxsin cinayət işi Bakı məhkəməsinə göndərildi

13 il axtarışda olmuş şəxsin cinayət işi Bakı məhkəməsinə göndərildi

Axtarışda olan 27 nəfər tutulub (18 Mart 2017 11:29)
Rusiya axtarışda olan Azərbaycan vətəndaşını vətəninə ekstradisiya edir (13 Mart 2017 14:42)
Əmisi qızını zorlayan azərbaycanlı Rusiyada tutuldu (13 Mart 2017 14:42)

Tarix: 2 Noyabr 2016 16:47

"İnterpol" xətti ilə 13 il axtarışda olduqdan sonra Rusiyada tutulub Azərbaycana ekstradisiya edilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, 1964-cü il təvəllüdlü Akif Mövlud oğlu Əmiraslanovun cinayət işi üzrə aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən axtarışda olub. Daha sonra "İnterpol" xətti ilə axtarışa verilən A.Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Milli.Az


Teqlər:  il axtarışda olmuş şəxsin cinayət işi Bakı məhkəməsinə göndərildi



RƏYLƏR


Top xəbərlər