Qar oğurluq edən məşhurun PLANINI POZDU

Qar oğurluq edən məşhurun PLANINI POZDU
16:48 2 Noyabr 2016
99 Şou
Ölkə mətbuatı
A- A+

Ötən ay İmişliyə yağan qarın söhbəti hələ də gəzir. Zarafat deyil, 44 ildən sonra, oktyabr ayında İmişlidə imişlilərin təbirincə desək, qarladı.

Hansı ki, sonuncu dəfə İmişlidə qar 1972-ci ilin oktyabr ayında yağmışdı.

İmişlidən olan şair Qəşəm Nəcəfzadə xatirələrinin qarını çırpıb, həmin günü belə xatırlayır: “Onda mənim 13 yaşım vardı. O vaxt atam-anamgil fermaya gedirdilər, bizdə kənddə qalırdıq. Onlar həftəsonu kəndə gələndə rayona gedib bazardan qoz-fındıq, alma-armud alıb gətirərdilər ki, gedəndə fermaya aparsınlar. Mən xəlvət o qoz-fındığı oğurlayıb çəpərin dibində gizlədirdim ki, məktəbə aparıb, orada yeyim. Çünki bilirdim ki, bacım-qardaşım xəbərçidir və bilən kimi qoz-fındığın yerini anama deyəcəklər. Onlar da dərhal axtarış elan edib, gizlətdiklərimi əlimdən alacaqdılar. Buna görə evdən kənarda gizlədirdim. Qamışlıqdan çəpərimiz vardı, məktəb yoluna qədər uzanırdı. Bir gün yenə axşamdan qoz-fındığı oğurlayıb gizlətdim. Səhər yuxudan duranda gördüm hər tərəf ağappaq qardır. Qoz-fındığı nə qədər axtardımsa tapa bilmədim. Qar əriyəndə oğurluq qoz-fındığı qonşu uşaqları tapıb yemişdi. O qarlı gün yadımda belə qalıb”.

Картинки по запросу CABBAR MUSAYEV

İmişlidən olan bəstəkar Cabbar Musayev qara bələnmiş xatirəsi isə belədir: “Həmin günü dəqiqliklə xatırlamıram, amma bilirəm ki, oktyabrda qarın yağması hər əksi təəccübləndirmişdi. Ən çox da uşaqların bayramıydı. Evimizdən aşağı yol eniş idi. Yadımdadır ki, qar yağan kimi həmin eniş sürüşkənləşirdi. Oradan düz aşağı məktəb yoluna qədər sürüşərdik. Oktyabrda yağan qarda da sürüşənlər çox oldu. Dəqiq xatırlamıram, yəqin, mən də qarlı oktyabr günündə dərsə sürüşə-sürüşə getmişəm”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR