Şok kadrlar: İŞİD yeni edam videosunu yaydı - FOTO

Şok kadrlar: İŞİD yeni edam videosunu yaydı - FOTO
16:52 2 Noyabr 2016
1540 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni edam videosunu paylaşıb.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD-in "Əl Furat Media Mərkəzi"nin hazırladığı video Suriyada, Fərat çayının sahillərində çəkilib.

Terrorçular Suriya ilə İraq arasındakı sərhəd boyunca yerləşmiş bu bölgəni "Vilayət əl Furat" adlandırırlar.

Video ABŞ prezidenti Barak Obamanın çıxışından iqtibasla başlanır.

İŞİD terrorçuları bildirirlər ki, Obama "İraqdakı əməliyyatlarımız uğurla başa çatdı" deyəndə yalan danışıb: "İraqda müharibə davam edir".

Daha sonra ABŞ-ın İraqda və Suriyadakı hərbi müşavirləri kimi təqdim olunan generallar Llloyd Ceyms Ostin, Cozef Leonard Votel, Maykl Naqata Kristofer Berns göstərilir, onların "möminlər üçün hədəf" olduğu vurğulanır.

Bildirilir ki, general Maykl Naqata Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan "Azad Suriya Ordusu"nun təlimlərinə və təminatına rəhbərlik edən şəxslərdən birilir.

Videoda deyilir ki, İŞİD "Azad Suriya Ordusu"ndakı bütün şəxslərin siyahısını əldə edib.

Daha sonra "Azad Suriya Ordusu"nun bir neçə mənsubunun edamları göstərilir.

İki nəfərin başları bədənlərindən ayrılır, biri isə iriçaplı pulemoytdan açılan atəşlə tikə-tikə edilir.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR