Keçmiş müdafiə nazirinin arvadı işdən çıxarıldı

Keçmiş müdafiə nazirinin arvadı işdən çıxarıldı
17:22 2 Noyabr 2016
193 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın səhiyyə nazirinin yeni təyin olunan müavini Samvel Marqaryan sabiq müdafiə naziri Seyran Ohanyanın nazirlikdə işləyən həyat yoldaşı Ruzanna Xaçatryanın oturduğu kabinetə yerləşib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, hazırda Ohanyanın həyat yoldaşı Ruzannanın məzuniyyətdə olduğu deyilir.

Xatırladaq ki, Ruzanna Xaçatryan əvvəlki səhiyyə nazirinin müşaviri işləyib.

"Joxovurd" qəzeti Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayandan müşavirin kabinetinin niyə nazir müavininə verildiyini öyrənməyə çalışıb. 

"Əgər müşavir vəzifəsindən azad edilməyibsə, niyə kabinetində nazir müavini oturur? Əgər o qayıtsa, necə olacaq?" suallarına cavab belə olub: "Əlbəttə, nazir müavini özü seçdiyi kabinetində qalacaq".

Qəzet bu cavabdan sonra belə qənaətə gəlib ki, keçmiş müdafiə nazirinin arvadı Səhiyyə Nazirliyindən uzaqlaşdırıb.

Samvel Maraqaryan hazırda Ermənistanda ən qəribə məmur hesab olunur. Belə ki, o, işə çiyinində tutuquşu və velosipedlə gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR