Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsa peyğəmbərin məzarı bağlandı – VİDEO

İsa peyğəmbərin məzarı bağlandı – VİDEO

Date: 2 November 2016 17:23

İsa peyğəmbərin dəfn edildiyi ehtimal olunan qəbri yüz illər sonra ilk dəfə açılıb.

Publika.az xəbər verir ki, Qüdsdə yerləşən qəbrin 1555-ci ildə mərmərlə örtüldüyü bildirilir.

“National Geographic”ə görə arxeoloqlar illərdir bu məsələ üzərində işləyirlər. Bu proses üçün 4 milyon dollar büdcə ayrılıb.

Oktyabrın 26-da arxeoloqlar ən üstdə olan mərməri çıxarıblar. İkinciyə isə oktyabrın 28-də çatıblar. Arxeoloqlar bu mərmərin altında daha bir örtüklə rastlaşıblar. Onların sözlərin görə, bu örtüyə zərər vurulmayıb.

“Yüzilliklər sonra biz yenidən bu müqəddəs daşı gördük”, - Afina Texniki Universitetinin professoru Antonina Moropoulou deyib.

Tarixi hadisənin iştirakçılarından biri olan arxeoloq Fredrik Xaybertin sözlərinə görə, onun dizləri əsirdi.

Məlumdur ki, İsanın çarmıxa çəkməsindən təxminən 40 il sonra romalılar onun məqbərəsini gizlədiblər. İmperator Adrian xristianlığın yayılması ilə mübarizə əmri vermişdi. Məqbərəni gizlətsələr də, görünür, onu dağıtmayıblar. Tarixçi Yevseviy Kesariyski “Konstantinin həyatı” kitabında yazıb ki, imperator Konstantin IV əsrdə öz anası Yelena ilə birlikdə İsanın məqbərəsinin axtarışlarını təşkil edib.

İndi arxeoloqlar çıxarılmış lövhələri geri qaytarıblar. Yəni, İsanın dəfn olunduğu yer yüzilliklərlə davam edən vəziyyətinə qaytarılıb. Arxeoloqlar məzardan nümunələr götürüblər. Onların birinci növbədə yazıları axtarmağa başlayacaq və aparılacaq araşdırmalar məzarın İsa peyğəmbərə aid olub-olmadığına dəqiq cavab verəcək. Axı, alimlər bildirir ki, həmin məzarın olduğu qayada daha onlarla oxşar məqbərə var.

Ömər Dağlı


Tags:  İsa peyğəmbərin məzarı bağlandı VİDEO

RƏYLƏR


Top news