"Azərbaycan bizə hücum edəcək komanda deyil" - Maykl Onil

"Azərbaycan bizə hücum edəcək komanda deyil" -   Maykl Onil
17:27 2 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində bu ay Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiyanın baş məşqçisi Maykl Onil yığmamızla oyunla bağlı fikirlərini bildirib. 


Fanat.Az xəbər verir ki, baş məşqçi  bunları deyib: "Bizi ağır oyun gözləyir. Onlar qol buraxmadan 9 xaldan 7-sini toplayıb və seçmə mərhələyə yaxşı başlayıblar. Evdə Norveçə qalib gəlib, səfərdə Çexiyadan 1 xal götürüblər. Ancaq real yanaşsaq, Azərbaycan bizə hücum edəcək komanda deyil, onların sadəcə çox yaxşı qurulmuş heyətləri var. 3 oyununu izləmişəm. Çox çətin oyun olacağını gözləyirik. Çox güclü müdafiə xətti var və bizə qarşı müdafiədən oynayacaqlar. Bu oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".


Qeyd edək ki, yığmamızın Şimali İrlandiya ilə matçı noyabrın 11-də Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-biz-hucum-edck-komanda-deyilquot-t53845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR