Şahzadə əvvəllər ərdə olmuş aktrisa ilə evlənir - fotolar

Şahzadə əvvəllər ərdə olmuş aktrisa ilə evlənir - fotolar
17:31 2 Noyabr 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

İngiltərə şahzadəsi Harri 4 aydır tanış olduğu Meqan Marklla ailə qurmağı planlaşdırır.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, onların sevgisi dostluqdan başlayıb. Əvvəlcə sadəcə dost kimi yazışan cütlüyün arasında bir müddət sonra romantik münasibətlər yaranıb.

32 yaşlı şahzadə, nəinki, 35 yaşlı amerikalı aktrisaya vurulub, hətta, onu öz ailəsi ilə tanış da edib. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Harrinin dostları deyir ki, əgər o, həqiqətən aşiq olursa, onda o, bu münasibətləri dərhal ciddiləşdirməyi düşünür.

“Odur ki, əgər Harri Meqana yaxın günlərdə evlilik təklif etsə, burada təəccüblənməli heç nə yoxdur”, - deyə dostlar bildirib.

Məlumata görə, Meqan da Harri ilə arasında olan münasibətlərə ciddi yanaşır və o, xəyallarının şahzadəsini tapdığını deyir.

Qeyd edək ki, şahzadə Harri bundan əvvəl Çelsi Deyvi və Bonas Kressido ilə görüşüb.

Aktrisa Meqan Markl da əvvəllər nikahda olub. 2011-ci ildə o, kinoprodüser Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR