Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İnter” çalışdırmağa 3 namizəd

“İnter” çalışdırmağa 3 namizəd

Date: 2 November 2016 17:47


İtaliyanın “İnter” klubu baş məşqçi axtarışlarını davam etdirir. Fanat.Az xəbər verir ki, Frank de Buru istefaya göndərən Milan təmsilçisinin rəhbərliyi 3 mütəxəssis arasında seçim edir.


Bunlar hollandiyalı Qus Hiddink, “Latsio” sabiq baş məşqçisi Stefano Pioli və sonuncu iş yeri “Vilyarreal” olan Marselino Qarsiya Toraldır.


Klub rəsmiləri artıq Piolo ilə görüşərək, ona illik 1,3 milyon avro maaş və 2018-ci ilə qədər müqavilə təklif ediblər. Lakin “İnter”in sahibləri baş məşqçi postunda daha tanınmış sima görmək istəyirlər.


Fanat.Az

 



Tags:  İnter çalışdırmağa namizəd


RƏYLƏR


Top news