Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

15 aydır yoxa çıxan ata və oğlunun meyiti tapıldı - Xəzinə axtarırlarmış - FOTO

15 aydır yoxa çıxan ata və oğlunun meyiti tapıldı - Xəzinə axtarırlarmış - FOTO

Date: 2 November 2016 17:52

Türkiyədə baş verən bu ailə dramı eşidənləri dəhşətə gətirir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Afyonkarahisarda 15 ay əvvəl itən ata və oğlunun cəsədləri, evlərindən təxminən 200 metr uzaqlıqdakı çökəkdə tapılıb.

Əraziyə yaxın kərpic fabrikində çalışan işçilər, dağlıq sahədəki çökəkdə 2 cəsəd olduğunu müəyyən ediblər.

Hadisə yerinə gələn polislər cəsədlərin təxminən 15 ay əvvəl itkin düşdükləri barədə xəbərdarlıq edilən 85 yaşlı Qurban və 57 yaşlı oğlu Emrullah Barlasa aid olduğunu təyin ediblər.

Ekspertiziyaya aparılan ata və oğlunun bədənlərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Ata və oğlunun xəzinə axtarmaq üçün girdikləri çuxurda qazdan zəhərlənərək öldükləri ehtimalı var.

Təhməz Təkin
Milli.Az









Tags:  aydır yoxa çıxan ata oğlunun meyiti tapıldı Xəzinə axtarırlarmış FOTO

RƏYLƏR


Top news