Çingiz Abdullayev prezident seçildi

Çingiz Abdullayev prezident seçildi
17:57 2 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+


Noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik Yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.


Fanat.Az xəbər verir ki, tədbirdə İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi,  detektiv əsərlərin müəllifi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai xadimlər Hacı Quliyev və Rəhilə Həsrətova isə vitse-prezidentlər seçiliblər.


Qeyd edək ki, Çingiz Abdullayev həm də "Neftçi" PFK-nın Müşahidə Şurasının sədridir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cingiz-abdullayev-prezident-secildi-t53847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR