Kəbə işğal ediləcək – HÜCUM PLANI

Kəbə işğal ediləcək – HÜCUM PLANI
18:08 2 Noyabr 2016
345 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD və İranın dəstəklədiyi husilər Kəbəni ələ keçirməyi planlaşdırır.

Publika.az
“Yeni Şafak”a istinadən xəbər verir ki, bu plan Qərb tərəfindən hazırlanıb.

Məkkə savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə qarşıdurması ilə fitili alovlandırmağı düşünürlər.

Ötən həftə Yəməndə İranın dəstəklədiyi husilərin Məkkədə yerləşən Əbdüləziz hava limanına iki ballistik raket atması Kəbənin işğal edilməsi məsələsini yenidən gündəmə gətirib. Husilərin atdığı raketlər havada vurularaq, zərərsizləşdirilib.

Bu hücum cəhdi hər şeydən öncə 1979-cu ildə Kəbəyə silahlı hücumu yada salır.

1979-cu il 20 noyabr: Kəbə imamı Şeyx Məhəmməd əl Subayyil müqəddəs məkanda toplanmış 50 mindən çox müsəlmana sübh namazı qıldırmağa hazırlaşırdı. Həmin vaxt 40 nəfərlik silahlı qrup “Allahu Əkbər” sədaları altında hücuma keçərək, Kəbəyə daxil oldular və qapıları bağladılar. Kəbə işğal olunmuşdu.

Bütün növ şiddətin qadağan olunduğu Kəbədə işğalın leqallaşdırılması üçün “qan axıdıla bilər” fitvası çıxarıldı. Təhlükəsizlik qüvvələri Kəbəni geri almağa çalışsa da, bacarmadılar. Daha sonra şəhər bütövlükdə boşaldıldı. Kəbə yalnız iki həftə sonra Pakistan əsgərlərinin, GİGN (Fransa xüsusi təyinatlı qüvvələri) və CİA əməkdaşlarının köməyi ilə azad olundu. Bu hücumun səbəbləri hələ də açıqlanmayıb.

“Yeni Şafak” yazır ki, Amerika tərəfindən yaradılan İŞİD-in Kəbə ilə bağlı xain planı var. İndiyə qədər açıqlanmasa da, İŞİD-in Kəbəyə göz dikdiyi məlumdur. Kəbənin işğalı planı da lap əvvəldən Qərb gücləri tərəfindən hazırlanıb. Görünür, planın həyata keçirilməsi prosesi başlanır. Husilərin Məkkəyə raket atması onların da bu planda olduğu ehtimalını gücləndirir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR