Azərbaycanlı Rusiyada itkin düşdü

Azərbaycanlı Rusiyada itkin düşdü
18:37 2 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Orenburq şəhərində yaşayan azərbaycanlı itkin düşüb.

APA-nın məlumatına görə, "Azərbaycan-Slavyan" Gənclər Assosasiyasının rəhbəri Toğrul Allahverdili bildirib ki, əslən Azərbaycanın Ağcəbədi rayonunun Sarıcalı kəndindən olan Əhmədov Ziyad Saday oğlu ötən əsrin 90-cı illərinin əvvəlindən Orenburqda yaşayıb. Oğlu da, anası da Rusiya vətəndaşıdır. Hər ikisi hazırda Orenburqda yaşayır.

Z.Əhmədov 3 il əvvəl Moskvaya gedəcəyini bildirərək evdən çıxıb, bir daha geri dönməyib, o vaxtdan ondan heç bir xəbər yoxdur.

Bu müddət ərzində məhdud çərçivədə axtarılsa da, artıq onunla bağlı bu yaxınlarda bütün Rusiya üzrə axtarış verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/485711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR