Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan alimi Yaponiyada xüsusi diplom və medala layiq görüldü

Azərbaycan alimi Yaponiyada xüsusi diplom və medala layiq görüldü

Azərbaycan ağır atleti İranda keçirilən turnirdə bürünc medal qazanıb (11 Mart 2017 20:32)
Şagirdlərə qızıl və gümüş medal verilməsi qaydaları açıqlandı (20 Fevral 2017 17:32)
Qızıl və gümüş medalların verilməsi qaydaları açıqlandı (20 Fevral 2017 16:49)

Tarix: 2 Noyabr 2016 18:48

Bakı Dövlət Universitetinin (BDU) dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin tətbiqi kimya və biokimya mərkəzində elmi ezamiyyətdə olub.

BDU-dan Publika.az-a bildiriblər ki, ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilib. F.Hacıyeva ezamiyyət müddətində yüksək tezlikli elektromaqnit dalğalarını udan maqnit nanokompozitlərin kompleks xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olub.

Eyni zamanda, iyirmi ölkədən olan layihə qalibləri üçün Tokio şəhərinin Tokai Universitetində təşkil edilən görüşdə azərbaycanlı alim BDU-da nanotexnologiyalar istiqamətində aparılan tədqiqat işləri barədə məruzə ilə çıxış edib.

Dosent F.Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülüb.


Teqlər:  Azərbaycan alimi Yaponiyada xüsusi diplom medala layiq görüldü



RƏYLƏR


Top xəbərlər